İranda gecəyarısı zəlzələsi
İranın İsfahan vilayətində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. İran Milli Seysmologiya Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri İsfahanın şimal-şərqində yerləşən Zəvvarə bölgəsi olub. Zəlzələ yerli vaxtla saat 00:05-də baş verib.
Tehran və Qumda da hiss olunub
Məlumata əsasən, zəlzələ yalnız İsfahan deyil, həm də Təhran və Qum şəhərlərində hiss olunub. Seysmoloqlar təkanların yerin 10 kilometr dərinliyində baş verdiyini açıqlayıblar.
Dağıntı və itki yoxdur
Hazırkı məlumata görə, hadisə nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Yerli fövqəladə hallar xidməti əhalini təmkinli olmağa çağırıb və bölgədə vəziyyətin izlənildiyini açıqlayıb.