İran Yeni Şərt Qoydu: Hörmüzdə Koordinasiya Məcburidir

2 Dəq Oxuma Müddəti

Hörmüz boğazında yeni qaydalar tətbiq olunur

İranın Beynəlxalq Dəniz Təşkilatındakı daimi nümayəndəsi Əli Musəvi Hörmüz boğazında gəmi hərəkəti ilə bağlı yeni məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. Onun sözlərinə görə, strateji əhəmiyyət daşıyan bu su yolu bütün beynəlxalq gəmilər üçün açıqdır, lakin “düşmən ölkələrə məxsus gəmilər” istisna təşkil edir.

Tehran bildirib ki, bundan sonra gəmilərin təhlükəsiz hərəkəti üçün İranla əvvəlcədən birbaşa koordinasiya aparılması zəruridir.

“Təhlükəsizlik üçün koordinasiya vacibdir”

İran rəsmisi vurğulayıb ki, gəmilərin və ekipajların təhlükəsizliyi yalnız Tehranla əvvəlcədən razılaşdırılmış marşrut və prosedurlar çərçivəsində təmin edilə bilər.

Suverenlik mesajı

Açıqlamada qeyd olunub ki, beynəlxalq öhdəliklər İranın suveren hüquqlarına hörmətlə yanaşı tətbiq olunmalıdır. Bu mövqe Tehranın regiondakı nəzarət iddiasını bir daha ön plana çıxarır.

ABŞ və sionist rejim günhakardır

İran mövcud vəziyyətə görə ABŞ və sionist rejim məsuliyyət daşıyır. Rəsmi açıqlamada onların son hərbi addımları Hörmüz boğazı və Fars körfəzi bölgəsində gərginliyin əsas səbəbi kimi göstərilib.

Tehran bu kontekstdə beynəlxalq ictimaiyyətə siyasi mesaj verərək bölgədəki qeyri-sabitliyin mənbəyini açıq şəkildə qeyd edib.

Qlobal ticarətə ciddi təsir

Son hadisələr nəticəsində Hörmüz boğazından keçən enerji daşımalarında ciddi azalma müşahidə olunur. Məlumata görə, neft tanker hərəkəti təxminən 90 faiz azalıb.

Bu isə qlobal bazarda enerji qiymətlərinə birbaşa təsir göstərib.

Neft qiymətləri yüksəlir

Hazırda neftin qiyməti 115 dolları keçib və bir sıra ölkələr istehsalı azaltmaq istiqamətində addımlar atır. Qeyd edək ki, dünya üzrə neft və mayeləşdirilmiş qazın təxminən 20 faizi məhz bu boğazdan daşınır.

Trampın çağırışı dəstək tapmadı

ABŞ prezidenti Donald Tramp daha əvvəl Hörmüz boğazının “açılması və qorunması” üçün beynəlxalq çağırış etmişdi. Lakin bu təşəbbüs, xüsusilə Avropa ölkələri və NATO üzvləri tərəfindən geniş dəstək qazanmayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş