İran XİN rəhbərinin Bakıya səfəri təsdiqləndi
İranın Bakıda yerləşən səfirliyi xəbər verib ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi yaxın günlərdə Azərbaycan Respublikasına rəsmi səfər edəcək. Səfərin gələn həftə həyata keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, regional proseslər, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır. Həmçinin Tehran–Bakı münasibətlərinin yeni mərhələdə inkişaf perspektivlərinin gündəmdə olacağı bildirilir.
Azərbaycan və İran arasında son aylarda diplomatik təmasların intensivləşməsi fonunda bu səfərin ikitərəfli əlaqələr üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunur.
