SEPAH-dan yeni hücum dalğası
İran İslam İnqilabı Keşikçiləri Korpusu “Vəd Sadiq 4” əməliyyatının 19-cu mərhələsinin başladığını elan edib.
Bildirilib ki, əməliyyat raket və pilotsuz uçuş aparatlarının kombinə edilmiş istifadəsi ilə həyata keçirilib və “işğal altındakı ərazilərin mərkəzindəki hədəflər”, eləcə də regiondakı ABŞ bazaları vurulub.
İşğal edilmiş torpaqlarda sirenlər və partlayış səsləri
Sionist rejim İrandan mərkəzi bölgələrə və Qüds istiqamətinə raketlər atıldığını yazıb. İsrail Daxili Cəbhə Komandanlığı məlumat yayıb ki, əvvəlcə mərkəzi bölgədə, daha sonra isə “Qüş Dan” adlandırılan ərazidə yüzlərlə yaşayış məntəqəsində hava həyəcan siqnalları verilib.
Mediada Təl-Əvivdə və mərkəzi bölgədə güclü partlayış səslərinin eşidildiyi, 15–20 partlayışın qeydə alındığı bildirilib. Bəzi məlumatlarda buraxılan raketlərin bir qisminin hipersəsli olduğu bildirilib
Yaralananlar barədə məlumat
Magen David Adom sözçüsü təcili yardım briqadalarının sığınacaqlara gedərkən xəsarət alan şəxslərə yardım göstərdiyini açıqlayıb.
Bəzi İsrail media platformaları iki dalğa üzrə ümumilikdə 8 raketin buraxıldığını açıqlanıb.
Əvvəlki zərbələr
SEPAH bundan əvvəl sionist rejim Müdafiə Nazirliyinin binasının və Ben Qurion Hava Limanının hədəf alındığını açıqlamışdı. İran tərəfi bu zərbələrin ABŞ istehsalı olan THAAD hava hücumundan müdafiə sistemini keçərək həyata keçirildiyini bildirildi.
Qarşılıqlı hücumlar davam edir
Regionda İran və İsrail arasında qarşılıqlı zərbələr davam edir. Rəsmi Təl-Əviv və Vaşinqton hələlik İranın son açıqlamalarına dair geniş şərh verməyib.
