İran: Hörmüz boğazına tam nəzarət edirik
İran İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin siyasi köməkçisi Məhəmməd Əkbərzadə ölkəsinin Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb.
- İran: Hörmüz boğazına tam nəzarət edirik
- ABŞ gəmisinə yaxınlaşma iddiası
- İran raket və dron hücumlarının davam etdiyini deyir
- Müxtəlif istiqamətlərdən hücumlar
- ABŞ və müttəfiqləri hədəflərinə çatmayıb
- Neft qiymətləri və iqtisadi təsir
- İran parlamentindən Trampa çağırış
- İran: Hörmüz boğazına tam nəzarət edirik
- ABŞ gəmisinə yaxınlaşma iddiası
- İran raket və dron hücumlarının davam etdiyini deyir
- Müxtəlif istiqamətlərdən hücumlar
- ABŞ və müttəfiqləri hədəflərinə çatmayıb
Onun sözlərinə görə, İranın strateji gücü sayəsində bu mühüm su yolu təhlükəsiz saxlanılır və xarici qüvvələrin bölgədə güc nümayiş etdirməsinə imkan verilməyəcək.
Əkbərzadə bildirib ki, ABŞ İran dəniz qüvvələrinin məhv edildiyini iddia edir, lakin buna baxmayaraq Hörmüz boğazı hələ də bağlıdır və heç bir neft tankeri bu marşrutdan keçə bilmir.
ABŞ gəmisinə yaxınlaşma iddiası
Bu arada ABŞ-ın CBS News kanalı amerikalı rəsmilərə istinadən xəbər verib ki, İran gəmilərindən biri ABŞ-a məxsus “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşıb.
Qeyd edək ki, İran tərəfi bundan əvvəl həmin təyyarədaşıyanın raket və pilotsuz uçuş aparatları ilə hədəfə alındığını bildirmişdi.
İran raket və dron hücumlarının davam etdiyini deyir
Əkbərzadə bildirib ki, İranın aerokosmik qüvvələri düşmən hədəflərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumları davam etdirir.
Onun sözlərinə görə, bu zərbələr dəqiq koordinatlar üzrə həyata keçirilir və hədəflər düşmən ərazilərinin dərinliyində vurulur.
Müxtəlif istiqamətlərdən hücumlar
İran rəsmisi qeyd edib ki, İnqilab Keşikçilərinin strateji qüvvələri düşmənə qarşı müxtəlif istiqamətlərdən zərbələr endirir.
O bildirib ki, İran gəmilərinə qarşı hücumlar barədə yayılan hər bir məlumatdan sonra qarşı tərəf “sərt və sarsıdıcı cavab” alıb.
ABŞ və müttəfiqləri hədəflərinə çatmayıb
Əkbərzadə əlavə edib ki, ABŞ və müttəfiqləri bölgəyə müəyyən məqsədlərlə daxil olsalar da, bu planların heç biri həyata keçməyib.
O həmçinin bildirib ki, İnqilab Keşikçilərinin yüksək vəzifəli komandirlərinin öldürülməsi İranın fəaliyyətini dayandırmayıb.
Neft qiymətləri və iqtisadi təsir
İran rəsmisi qeyd edib ki, hazırda neftin qiyməti 95–100 dollar arasında dəyişir.
Onun sözlərinə görə, bu vəziyyət iki həftə davam edərsə, ABŞ iqtisadiyyatı ciddi problemlərlə üzləşə bilər.
İran parlamentindən Trampa çağırış
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzai isə ABŞ prezidenti Donald Trampın İran hərbi qüvvələrinin məhv edildiyi barədə açıqlamalarını tənqid edib.
O bildirib ki, əgər Tramp öz sözlərinə inanırsa, o zaman ABŞ hərbi gəmilərindən biri ilə Fars körfəzinə gəlib bunu sübut edə bilər.