İranda NOTAM-ın (aviatorlar üçün bildiriş) müddətinin başa çatmasından sonra hava məkanı uçuşlar üçün yenidən açılıb. Digər tərəfdən, ABŞ-ın Dohadakı Səfirliyi vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığı yayımlayıb.
İran tərəfindən dünən gecə yayımlanan NOTAM çərçivəsində TSİ ilə saat 06:30-dək tətbiq olunan uçuş məhdudiyyətləri müəyyən edilmiş müddətin bitməsi ilə aradan qaldırılıb.
Hava məkanının yenidən açılmasından sonra Tehran uçuş məlumat bölgəsində mərhələli normallaşma müşahidə olunub, beynəlxalq və regional reyslərin İran hava məkanından yenidən istifadə etdiyi görülüb.
ABŞ-ın Doha Səfirliyindən xəbərdarlıq
Digər tərəfdən, ABŞ-ın Dohadakı Səfirliyi bölgədə davam edən gərginlik səbəbilə Qətərdəki ABŞ vətəndaşları və səfirlik əməkdaşları üçün təhlükəsizlik xəbərdarlığı edib.
Səfirliyin açıqlamasında personalın daha diqqətli olması və Əl-Udeyd Hava Bazasına zəruri olmayan səfərlərin məhdudlaşdırılması tövsiyə olunub. Qətərdə olan ABŞ vətəndaşlarına da oxşar şəkildə davranmaları çağırışı edilib.
Açıqlamada ABŞ-ın Qətərdəki missiyasının vəziyyəti yaxından izlədiyi qeyd olunaraq, hazırkı mərhələdə səfirliyin personal strukturu və fəaliyyəti ilə bağlı hər hansı dəyişiklik olmadığı, konsulluq xidmətlərinin normal qaydada davam etdiyi vurğulanıb.
Səfirlik ABŞ vətəndaşlarına yerli və beynəlxalq xəbər mənbələrini diqqətlə izləməyi, mümkün aksamalara qarşı səyahət planlarını gözdən keçirməyi və Qətər hökuməti ilə ABŞ Səfirliyi tərəfindən edilən rəsmi elanlara diqqət yetirməyi tövsiyə edib.
Əl-Udeyd Hava Bazası
Qətər Beynəlxalq Media Ofisi dünən paytaxt Doha yaxınlığında yerləşən ABŞ-a məxsus Əl-Udeyd Hava Bazasından bəzi personalın ayrılmasının bölgədə artan gərginlik səbəbilə görülmüş qabaqlayıcı tədbir olduğunu açıqlamışdı.
