İran Bu Dəfə İsrail Rejiminin Hücum Etməsini Gözləməyəcək

6 Dəq Oxuma Müddəti

Ərəb dünyasının aparıcı analitiklərindən biri olan Əbdülbari Ətvan bildirib ki, bu dəfə İran İsrail rejiminin hücumunu gözləyib cavab verməyəcək, əksinə təşəbbüsü ələ almaq üçün tam hazırlıq vəziyyətindədir.

Ətvanın fikrincə, İranın bu dövrdəki “strateji səbr”i keçmişdən fərqli olacaq və İsrail rejimi çox ağır bir bədəl ödəyəcək.

Ətvan “Sovt” adlı YouTube kanalına verdiyi açıqlamada bunları deyib: “Son günlərdə baş verən mühüm hadisələrdən biri ABŞ və İsrailin İrana qarşı hücum hazırlığıdır. İsrailin Baş naziri Benyamin Netanyahunun Floridaya gedərək ABŞ Prezidenti Donald Trampla görüşməsi də son dərəcə təhlükəlidir. İsrail mediasına görə, Netanyahu bu görüşə İrana hücumla bağlı müxtəlif ssenarilərlə gedib. İran İnqilab Keşikçilərinin Tehran, İsfahan, Xürrəmabad, Mahabad və digər şəhərlərdə keçirdiyi raket təlimləri də bunu göstərir və bu təlimlər çox qorxuducu və əhəmiyyətlidir. Bu təlimlər İranın tam hazırlıq vəziyyətində olduğunu göstərir. İran həm hücum, həm də müdafiə üçün özünü misli görünməmiş bir sürətlə hazırlayıb.

Avstraliyanın Sidney şəhərində Yəhudilərin İşıqlar Bayramı zamanı hədəf alındığı hücumdan sonra İsrail İranı günahlandırıb və bu ittihamlar İsrail üçün bir bəhanə yarada bilər. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musevi sözügedən hücumun İsrail tərəfindən planlaşdırılmış bir “özünə hücum” olduğunu vurğulayıb. İsrail bu cür əməllərdən İranı günahlandırmaq və dünya ictimaiyyətini yönləndirmək üçün istifadə edir. İranlıların bu hücumda heç bir rolu yoxdur və İsrail rejimi İranı günahlandırmaq, ərəbləri və müsəlmanları yəhudi düşmənçiliyində ittiham etmək məqsədilə dəfələrlə yəhudiləri öldürüb və qətlə yetirib.

Bu rejim Qərb ictimaiyyətini müsəlmanlara və ərəblərə qarşı qızışdırmağı hədəfləyir. İsrail rejiminin oynadığı bu oyun artıq heç kim üçün gizli deyil. İsraillilər bu cür sui-qəsdlərlə tanınırlar. Daha əvvəl dəfələrlə Bağdadda, Qahirədə, ərəb ölkələrində və dünyanın müxtəlif bölgələrində yəhudi ibadətgahlarını bombalayıblar. Məqsədləri yəhudilər arasında qorxu və panika yaradaraq onları işğal altındakı Fələstin torpaqlarına köçə məcbur etmək idi. Halbuki bütün ərəb və müsəlman ölkələrində yəhudilərə digər vətəndaşlar kimi bərabər şəkildə yanaşılırdı. Avstraliyadakı hücum da hədəfli bir hücum idi. Mossad bu əməliyyatla dünya ictimaiyyətinin diqqətini çəkmək istədi. Bu, yəhudiləri qurban kimi göstərmək istiqamətində hazırlanmış yeni bir strategiyadır. Bu addımla bir daha antisemitizm məsələsini ön plana çıxarmağı hədəfləyirlər.”

Ətvan açıqlamalarının başqa bir hissəsində İranda keçirilən hərbi təlimlərə toxunaraq bunları deyib: “Trampa ən yaxın şəxslərdən biri olan və İsrail rejiminin silahlandırılmasını və dəstəklənməsini müdafiə edən senator Lindsi Qrem, İran raketlərinin Dəmir Qübbə də daxil olmaqla bütün İsrail müdafiə sistemlərini aşa biləcəyini ifadə edib. Qrem İranın raket proqramındakı irəliləyişləri yaxından izlədiyini bildirərək, İranın ballistik raket potensialının İsrail rejimi üçün böyük bir təhdid yaratdığını və bu mövzunu Trampla paylaşacağını deyib.

Onlar İranın raketlərindən qorxurlar. ABŞ və İsrail rejiminin problemi təkcə İranın nüvə proqramı deyil. Sürətlə inkişaf edən İran raket sistemləri onları böyük bir qorxu və panikaya sürükləyir. Bu raketlər Amerikanın ərazisinə çatma mərhələsinə gəlib. İran hipersəs raketlərinə və yüksək partlayıcı daşıma qabiliyyətinə malik raketlərə sahibdir. Bu raketlərin bəzi növləri Yəməndə də mövcuddur və bu raketlərin Yəməndən buraxılaraq işğal altındakı torpaqların dərinliklərinə düşdüyü, Eylat, Hayfa və digər bölgələri necə vurduğu görülüb.

İsraillilər İranın ani və sürpriz bir hücumundan qorxurlar. İran İsrail rejiminə qarşı raket hücumu üçün planlaşdırma aparır və israillilər bundan böyük narahatlıq keçirirlər. Onların fikrincə, İran eyni anda 2 min raketi İsrailin nəzarəti altındakı torpaqlara ata bilər. Bu raketlər İsrail rejiminin bütün hava müdafiə sistemlərini aşaraq hədəflərinə çatacaq.

Bir çox hesabat göstərir ki, İran bu dəfə İsrail rejiminin hücum etməsini gözləyib cavab verməyəcək, əksinə təşəbbüsü ələ almaq üçün tam hazırlıq vəziyyətindədir. İran İsrailin istənilən hücumunun ABŞ dəstəyi ilə həyata keçiriləcəyini çox yaxşı bilir. İsraillilər bu dəfə həqiqətən böyük bir qorxu və panika içindədirlər. 12 günlük müharibə zamanı ABŞ və İsrail rejimi müharibənin sona çatması üçün ərəb vasitəçilərə az qala yalvarırdı.

Son keçirilən təlimlər İranın İsrail rejiminə qarşı keçirdiyi ən böyük təlimlər idi. Artıq tarazlıqlar dəyişib. İsrail rejimi ABŞ-ı Yaxın Şərqdə İranla müharibəyə sürükləməyə çalışır. ABŞ hazırda Ukrayna və Venesueladakı müharibələrlə məşğuldur. Bundan əlavə, Tayvan üzərindən Çinlə də bir müharibəyə sürüklənməsi gözlənilir. İsraillilər bütün dünyanı dağıntıya sürükləmək istəyirlər. Bəlkə ABŞ-da namuslu insanlar ortaya çıxar və İsrail rejiminin təxribatları ilə Amerikanın müharibəyə girməsinə icazə verməz və dünyanın məhv edilməsinin qarşısını alarlar. İranın bu təlimlərlə ABŞ-ın müharibəyə girməsinin qarşısını almış olması uzaq bir ehtimal deyil. Bu dəfə İranın strateji səbrı fərqli olacaq.

İsrail rejimi çox ağır bir bədəl ödəyəcək. Əldə edilən məlumatlara görə İran hava müdafiəsindəki boşluqları aradan qaldırmağı bacarıb. Təəssüf ki, İranın müttəfiqi olan Rusiya S-400 və S-500 hava müdafiə sistemlərini İrana təhvil verməyib. Halbuki İran Ukrayna müharibəsində Rusiyaya verdiyi dəstəyi əsirgəməyib və əlindən gələni edib. Məlumatlar göstərir ki, Şimali Koreya və Çin İrana müasir müdafiə sistemləri təmin edir. Bu sistemlər mümkün bir müharibədə sürpriz nəticələr doğura bilər.

Gələcək müharibə keçmiş müharibələrdən çox fərqli olacaq. İsrail dərin bir böhran və qorxu içindədir. Bu rejimin vəziyyəti son dərəcə pisdir və onlar gələcəklərindən ciddi şəkildə narahatdırlar. İşğal altındakı Fələstin torpaqlarından köçlər artır. Sərmayə sahibləri və beyin gücü bu torpaqları tərk edir. Bu rejim təcavüzkar siyasətlərini davam etdirdiyi müddətcə bir daha təhlükəsizlik üzü görməyəcək.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş