İran: Bakı Sionist Rejimin Cinayətlərini Gizlətmək üçün Tribunaya Çevrilməməlidir

2 Dəq Oxuma Müddəti

İranın Azərbaycan Respublikasındakı Səfirliyi Sionist rejimin xarici işlər nazirinin Bakıda səsləndirdiyi açıqlamaları kəskin şəkildə pisləyib.

İran İslam Respublikasının Bakıdakı Səfirliyi Sionist rejimin xarici işlər nazirinin Azərbaycan Respublikasına səfəri zamanı irəli sürdüyü iddialara cavab olaraq rəsmi bəyanat yayımlayıb. Bəyanatda işğalçı Qüds rejiminin nazirinin açıqlamaları “müdaxiləçi, təxribatçı və tamamilə əsassız” kimi qiymətləndirilib. Bildirilib ki, bu cür bəyanatlar rejimin müharibə cinayətləri və insan haqları pozuntuları səbəbindən üzləşdiyi artan beynəlxalq təzyiqləri yayındırmaq və qlobal ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.

İran Səfirliyinin Mətbuat Ofisinin açıqlamasında rejimin mahiyyətinə toxunularaq bildirilib: “İşğal, terror, müstəmləkəçilik, aparteid və soyqırım üzərində qurulmuş, qadın və uşaqların qətli də daxil olmaqla təşkilatlanmış cinayətlərlə dolu keçmişə malik bir rejimin nümayəndəsi insan haqları və ya digər ölkələrin daxili işləri barədə fikir bildirmək üçün heç bir hüquqi və mənəvi səlahiyyətə malik deyil.”

Bəyanatda, bu cür iddiaların Bakıda səsləndirilməsi üçün şərait yaradılmasından təəssüf ifadə olunaraq vurğulanıb ki, İran İslam Respublikasına qarşı səsləndirilən bu mənasız və əsassız fikirlər Sionist rejimin cinayətlərini gizlətmək və regional gərginliyi artırmaq məqsədi güdür. İran Səfirliyi İran və Azərbaycan xalqları arasında mövcud olan dərin, tarixi və sarsılmaz bağları xatırladaraq, Sionist rejimin müdaxiləçi addımları və fitnə cəhdləri ilə bağlı xəbərdarlıq edib. Qeyd olunub ki, bu cür addımların əsas məqsədi Tehran–Bakı dostluq münasibətlərini pozmaq və regionda sabitliyi sarsıtmaqdır.

Bəyanatın sonunda Sionist rejimin ssenariləri və fəallığı qarşısında ayıq-sayıq olunmasının, region ölkələri arasında qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan münasibətlərin qorunmasının vacibliyi vurğulanıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş