İordan Çayının Qərb Sahilində Gərginlik: Nablusun Cənubunda Gənc Şəhid Edildi

3 Dəq Oxuma Müddəti

Nablusun cənubunda ölümcül atəş

Fələstinin Mülki İşlər üzrə Baş İdarəsi çərşənbə axşamı axşam saatlarında yaydığı açıqlamada bildirib ki, 20 yaşlı Qeys Sami Casir Allan İsrail işğal qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub. Hadisə Nablus şəhərinin cənubunda yerləşən Urif və Aynabus qəsəbələri arasında baş verib. Məlumata görə, İsrail əsgərləri gəncin idarə etdiyi avtomobilə atəş açıb.

Qurum əlavə edib ki, Nablusdakı müvafiq strukturlar şəhidin cəsədinin təhvil alınması üçün prosedurları izləyir. Hadisə bölgədə böyük gərginliyə səbəb olub və yerli əhali tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Yaralılar var

Eyni hadisə ilə bağlı Fələstin Qızıl Aypara Cəmiyyəti də məlumat yayıb. Qurumun açıqlamasına görə, sionist rejim qüvvələrinin həmin ərazidə avtomobilə atəş açması nəticəsində daha 4 fələstinli yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı ətraflı tibbi məlumat verilməsə də, onların xəstəxanaya çatdırıldığı bildirilib.

Yerel mənbələr qeyd edir ki, son günlər Nablus ətrafında İsrail ordusunun yoxlama məntəqələri və qəfil atəş açmaları intensivləşib ki, bu da mülki əhali üçün ciddi təhlükə yaradır.

Tulkərim və Beytüllahimdə həbslər

Digər tərəfdən, İsrail işğal qüvvələri çərşənbə günü Tulkərim şəhərinin şərqində yerləşən Kəfr əl-Ləbbəd qəsəbəsinə basqın edib. Basqın zamanı üç fələstinli gənc saxlanılaraq naməlum istiqamətə aparılıb.

Eyni zamanda, Beytüllahimin cənubunda yerləşən Beyt Fəccar qəsəbəsində də bir nəfər həbs edilib. Məlumata görə, sionist rejim əsgərləri qəsəbəyə daxil olaraq bir neçə məhəllədə mövqe tutub, bir sıra evlərdə axtarış aparıb. Bu əməliyyatlar zamanı mülki əhali arasında qorxu və təşviş yaşanıb.

Netanyahu-nun açıqlaması diqqət çəkdi

Baş verən hadisələr fonunda ionist rejimin cinayətkar baş naziri Benyamin Netanyahu ABŞ mediasına verdiyi müsahibədə qalmaqallı açıqlama ilə çıxış edib. O, “Fox News” telekanalına müsahibəsində bildirib ki, “son nəticədə İsrail İordan çayının qərb sahilinə hərbi nəzarət etməlidir”. Bu sözlər Fələstin tərəfi və beynəlxalq ictimaiyyət tərəfindən işğalın legitimləşdirilməsi cəhdi kimi qiymətləndirilib.

Davam edən zorakılıq dalğası

Sionist rejim ordusu və yəhudi məskunlaşanların İordan çayının qərb sahili və işğal altındakı Qüdsdə həyata keçirdiyi hücumlar davam edir. Son məlumatlara görə, çərşənbə axşamı Şərqi Qüdsün Silvan bölgəsində bir ev dağıdılıb, həmçinin Qüdsün şimal-şərqində yerləşən bədəvi yaşayış məntəqəsinə məskunlaşanlar tərəfindən hücum edilib.

Fələstin rəsmiləri və hüquq müdafiə təşkilatları bu addımların beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bildirir və beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə qarşı təcili tədbirlər görməyə çağırırlar.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş