İmam Xamenei: ABŞ Prezidenti İranda Səbəb Olduğu Can İtkilərinə Görə Günahkardır

1 Dəq Oxuma Müddəti

Rəhmət Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s.ə.a) mübarək Bə’sət Bayramının ildönümü münasibətilə bu səhər cəmiyyətin müxtəlif təbəqələrindən minlərlə insan İslam İnqilabının Rəhbəri İmam Xamenei ilə görüşüb.

İslam İnqilabının Rəhbəri İmam Xamenei cəmiyyətin müxtəlif təbəqələrindən minlərlə insanın iştirak etdiyi bu görüşdə son dövrdə baş verən fitnənin mahiyyətini, istifadə olunan vasitələri və buna qarşı xalqın üzərinə düşən vəzifələri dəyərləndirib.

İmam Xameneinin çıxışının əsas məqamları bunlardır:

  • Qətiyyətlə deyirəm ki, ABŞ-nin son fitnədəki məqsədi İranı udmaq idi.

  • İnqilabın başlanğıcından bəri ABŞ xalqın iradəsi və İmamın (r.a) rəhbərliyi ilə İranda itirdiyi hegemoniyanı yenidən bərpa etmək istəyir.

  • ABŞ-nin bütün administrasiyalarında izlənilən siyasət İran kimi müstəqil bir dövləti qəbul etməmək üzərində qurulub.

  • Əvvəlki fitnə cəhdlərində Qərb mediası ön plana çıxırdı, lakin bu dəfə ABŞ Prezidenti fitnə törədənləri şəxsən təşviq etdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş