Həsən Xomeyni: Keçid Şurasına Güvənirik

1 Dəq Oxuma Müddəti

“Hamımız İranın yanındayıq”

Həsən Xomeyni İranın müvəqqəti Rəhbərlik Şurasına və Silahlı Qüvvələrinə tam etimad göstərdiyini bildirib.

İslam İnqilabının banisi Ruhullah Xomeyninin nəvəsi olan Həsən Xomeyni deyib ki, bu gün bütün narazılıqlar kənara qoyulmalı və hamı İranın yanında dayanmalıdır.

“Qələbədən sonra yas tutulacaq”

O vurğulayıb ki, ölkə rəhbərinin şəhid olması ilə bağlı matəm mərasimi “tarixi qələbədən sonra” keçiriləcək. Xomeyni bildirib ki, hazırkı mərhələdə əsas məsələ milli həmrəylikdir.

“Bu gün hamımız səfərbərlik qüvvəsiyik”, – deyə o qeyd edib.

Məscidlərə çağırış

Həsən Xomeyni vətəndaşları qara geyimdə məscidlərə və meydanlara toplaşmağa çağırıb. O bildirib ki, xalqın birliyi və meydanlarda iştirakı İranın “yumşaq gücü”dür.

Onun sözlərinə görə, müharibə bitənədək məscidlər dolu olmalı, ictimai həmrəylik qorunmalıdır.

Gərgin fon

Bu açıqlamalar ABŞ-İsrail hücumlarının davam etdiyi və ölkədə keçid mexanizminin işə salındığı bir vaxtda səsləndirilib. İran tərəfi hücumlar nəticəsində yüzlərlə insanın həlak olduğunu bildirir.

Hazırda ölkədə həm hərbi, həm də siyasi səviyyədə səfərbərlik vəziyyəti davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş