Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi bildirib ki, düşmən İranda öz ünsürləri ilə əməkdaşlıq edərək məscidləri yandırıb və təhlükəsizliyi təmin edən qüvvələri qətlə yetirib. Onun sözlərinə görə, düşmənin əsas məqsədi İran üzərində hakimiyyət qurmaqdır; lakin İran xalqı milyonların qatıldığı yürüşlərlə ABŞ və İsrailin bu addımlarına cavab verib.
Əl-Husi qeyd edib ki, İran İslam Respublikasında düşmənlərin həyata keçirdiyi əməllər cinayət dəstələri vasitəsilə aparılan ABŞ–İsrail işi fəaliyyətlərdir. Bu cinayət dəstələri İranda həm xalqı, həm də təhlükəsizlik qüvvələrini qətlə yetirib, məscidləri yandırıblar.
O vurğulayıb ki, bu dəstələrin İrandakı əməlləri dəhşətlidir; qırğından insanların diri-diri yandırılmasına qədər uzanan bu vəhşilik “Amerika üslubu”dur. İranda onlarla məscidin yandırılması və digər cinayətlərin ABŞ və İsraillə əlaqəsi açıq və aydındır. Həm ABŞ, həm də İsrail bu dəstələrin İrandakı cinayətlərini qızışdırır; hətta əslində onların dəstəkçisi və qurucusu mövqeyindədir.
Əl-Husi əlavə edib ki, Amerikanın böhranlar yaratmaq və sonra bu böhranlardan istifadə edərək xalqları hədəf alma taktikası bəllidir. ABŞ İrana qarşı iqtisadi sanksiyalar tətbiq etməklə İran xalqını mühasirəyə alır, ardınca yaratdığı böhrandan faydalanmağa çalışır.
O, Somalilanddakı İsrail varlığını yaxından izlədiklərini və onu hədəf almağa hazır olduqlarını da bildirib. Əl-Husinin sözlərinə görə, işğalçı rejimin xarici işlər naziri yəmənlilərin mövqeyindən duyduğu qorxu səbəbilə Somaliland-a gizli səfər edib.
