Hizbullah: Regionun Sabitliyi Müqavimət Birliyindən Asılıdır

2 Dəq Oxuma Müddəti

Hizbullah: “Əqsa Tufanı” müqavimətin simvoludur

Livanın Hizbullah hərəkatı “Əqsa Tufanı” əməliyyatının ikinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirdi ki, regionun təhlükəsizliyi və sabitliyi yalnız birlik, həmrəylik və müqavimət ruhunun qorunması ilə mümkündür.

Təşkilatın bəyanatında qeyd olunur ki, “bu qəhrəmanlıq mübarizəsi daha ilk anından sionist rejimin insanlıqdan uzaq, cinayətkar mahiyyətini üzə çıxardı və ABŞ-ın bu rejimə kor-koranə dəstəyini bir daha ifşa etdi.”

“Regionun gələcəyi vahid mövqedən asılıdır”

Hizbullah vurğulayıb ki, Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması, ərəb və islam ölkələrinin birgə mövqedən çıxış etməsinə bağlıdır:

“Regionun təhlükəsizliyi və gələcəyi, vahid söz və birgə mövqeyin, həmçinin xalqların müqavimətə dəstəyinin davamından asılıdır.”

Hərəkat bəyan edib ki, “ümmətin şəhidlərinin ağası” kimi tanınan şəxsiyyətlərin yolu ilə gedərək, müqavimətin əmanətini və şəhidlərin qanını qorumağa davam edəcək.

Fələstin xalqına və müttəfiqlərə salam

Hizbullah Fələstin xalqını “öz torpağında kök salmış, sionist zorakılığına sinə gərən azad və qürurlu xalq” kimi dəyərləndirib.
Bəyanatda həmçinin Fələstin müqavimət qüvvələrinin bütün fraksiyalarına və döyüşçülərinə ehtiram ifadə olunub.

Təşkilat Qəzza və onun əhalisini dəstəkləyən ölkələrə təşəkkürünü bildirib, xüsusilə İran İslam Respublikasının, Yəmənin, eləcə də İraqın müqavimət qüvvələrinin, dini rəhbərliyinin və xalqının rolunu vurğulayıb.

“Bu tarix yaddaşlardan silinməyəcək”

Hizbullah bütün azad dünya xalqlarına da təşəkkür edərək onların “Fələstinin səsini dünyaya çatdırmaqda” mühüm rol oynadığını qeyd edib:

“Bu tarixi gün xalqın öz torpağını işğaldan azad etmək uğrunda mübarizəsinin simvoluna çevrilib. Bu mübarizə davam edəcək və inşallah, qələbə xalqın olacaq.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş