Hizbullah: Komandan Heysəm Təbatəbainin Şəhadəti Livanın Müdafiəsinə Həsr Olunub

2 Dəq Oxuma Müddəti

Hizbullah: Komandan Heysəm Təbatəbai Livanın və xalqının müdafiəsi uğrunda şəhid oldu

Hizbullah bu gün verdiyi bəyanatda Livanın cənub mahalı olan Haret Hreyikdə sionist rejimin endirdiyi hava zərbəsi nəticəsində böyük cihad komandanı Heysəm Əli Təbatəbainin (Əbu Əli) şəhid olduğunu elan edib. Hərəkat bildirib ki, komandan Təbatəbai “Livan və onun xalqı uğrunda fədakarlıq edərək” şəhidlik zirvəsinə ucalıb.

Bəyanatda qeyd olunur:

“Fəxrlə və qürurla bildiririk ki, cihad yolunda böyük rol oynamış komandan Heysəm Təbatəbai İsrailin xain hücumu nəticəsində şəhid oldu. O, ömrünü müqavimətin qorunmasına, işğalçı ilə mübarizəyə və xalqının müdafiəsinə həsr etmişdi.”

“Müqavimətin dayaqlarını qoyan komandanlardan biri idi”

Hizbullah komandan Təbatəbaini hərəkatın ilkin quruluşunda əsas təməli qoyan, müqavimətin güclü və dayanıqlı qalması üçün misilsiz xidmətləri olan liderlərdən biri kimi təqdim edib. Bəyanatda bildirilir ki, onun fəaliyyəti “müqavimətin möhkəmlik və qələbə mədəniyyətinin formalaşmasında həlledici rol oynayıb”.

Hərəkat vurğulayıb:

“Onun şəhadəti döyüşçülərimiz üçün yeni ruh, yeni iradə və daha böyük əzm yaradacaq. Mücahidlər onun qanını müqavimətin yolunda daşıyacaq, işğalçının və onun himayədarı ABŞ-ın planlarını puç etməkdə qətiyyət göstərəcəklər.”

Eyni hücumda daha dörd döyüşçü də şəhid oldu

Hizbullah eyni zərbə zamanı komandanla birlikdə döyüşən bir neçə üzvünün də şəhid olduğunu açıqlayıb. Onlar:

  • Qasım Bercavi

  • Mustafa Bərru

  • Rifat Hüseyn

  • İbrahim Hüseyn

olublar.

Sionist rejimin hücumu: 5 şəhid, 28 yaralı

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, günorta saatlarında İsrailin Beyrutun cənub qəsəbəsi Haret Hreyikdəki yaşayış mənzilinə endirdiyi raket zərbəsi nəticəsində 5 şəxs həlak olub, 28 nəfər yaralanıb. Hadisə bölgədə ciddi dağıntıya səbəb olub.

Hücuma beynəlxalq səviyyədə də reaksiya göstərildiyi, hücumun atəşkəsin növbəti pozuntusu olduğu bildirilir.

Hizbullah isə bəyan edir ki, şəhid komandan Təbatəbainin yolu davam etdiriləcək və “müqavimət heç vaxt geri çəkilməyəcək”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş