Hizbullah Bir Gündə 13 Əməliyyat Həyata Keçirdi

2 Dəq Oxuma Müddəti

“Mətulla” mövqeyinə raket zərbəsi

Hizbullah açıqlayıb ki, çərşənbə günü sübh saatlarında sionist rejim ordusunun “Mətulla” mövqeyindəki qüvvə toplanışına raket yaylım atəşi açılıb.

Qurum bu addımın sionist rjeimin Livanın müxtəlif şəhər və qəsəbələrinə, o cümlədən Beyrutun cənub ətrafına qarşı həyata keçirdiyi hücumlara cavab olduğunu bildirib.

13 hərbi bəyanat və çoxsaylı hədəflər

Hizbullahın statistik açıqlamasına əsasən, çərşənbə axşamı günü ümumilikdə 13 hərbi əməliyyat həyata keçirilib. Bildirilir ki, ilk əməliyyat saat 05:00-da İsrailin şimalında yerləşən “Ramat David” aviabazasına pilotsuz uçuş aparatları ilə zərbə endirilməsi ilə başlayıb.

Qrup həmçinin “Meron” müşahidə və hava əməliyyatlarının idarəetmə bazasının da PUA-larla vurulduğunu, radarlardan birinin və komandanlıq binasının zərər gördüyünü iddia edib.

Colan və Qalileyada hədəflər

Bəyanatda qeyd olunub ki, işğal altında olan Colan yüksəkliklərində yerləşən “Nəfah” bazası (210-cu diviziyanın qərargahı), “Kila” kazarması, Yuxarı Qalileyadakı “Maayan Barux” mövqeyi və Hayfa dəniz bazası hədəfə alınıb.

Həmçinin “Kfaryuval” yaşayış məntəqəsinin şimalındakı Hədəbət əl-Əcəl bölgəsində İsrail ordusunun qüvvə toplanışının vurulduğu bildirilib.

PUA vurulub, tanklar hədəfə alınıb

Hizbullah Nəbatiyyə şəhərinin hava məkanında İsrailə məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

Sərhəddə mümkün quru irəliləyişinə qarşı isə “Merkava” tipli tankların hədəfə alındığı qeyd olunub. Qrupun məlumatına görə, Səmmaqa mövqeyində, Tel Nəhas ətrafında və “Mətulla” istiqamətində tanklara zərbələr endirilib.

Açıqlamada bildirilib ki, zərbə alan tankın çıxarılması üçün irəliləyən digər iki “Merkava” tankı da idarə olunan raketlərlə vurulub və İsrail qüvvələri yaralıları tüstü pərdəsi altında təxliyə etməyə məcbur olub.

“Müdafiə məqsədli əməliyyatlar”

Hizbullah bəyanatının sonunda vurğulayıb ki, həyata keçirilən əməliyyatlar Livanın müdafiəsi məqsədi daşıyır və hədəflər yalnız hərbi obyektlər olub.

Livan–İsrail sərhədində qarşıdurma fonunda qarşılıqlı hücumlar regionda təhlükəsizlik vəziyyətini daha da gərginləşdirir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş