HƏMAS: Tramp Qəzzadakı Soyqırımı Görməzdən Gəlir

2 Dəq Oxuma Müddəti

HƏMAS-dan Trampa sərt cavab: “Qəzzadakı soyqırımı gizlətməyin”

Fələstin HƏMAS Hərəkatı ABŞ-ın keçmiş prezidenti Donald Trampın son açıqlamalarına sərt reaksiya verib. Tramp “Truth Social” platformasında paylaşım edərək, HƏMAS-ı israilli əsirləri “canlı qalxan” kimi istifadə etməkdə ittiham etmişdi.

HƏMAS-ın bəyanatında isə qeyd olunur ki, Tramp bu iddialarla açıq şəkildə sionist təbliğatının tərəfini tutur və Qəzzada iki ildir davam edən kütləvi qətliamı, etnik təmizləmə siyasətini görməzdən gəlir.

“65 min insanın ölümünü unutdurmaq istəyirlər”

Hərəkatın açıqlamasında bildirilib:
“Tramp İsrail ordusunun Qəzzaya hücumlarını və əsirlərin taleyini təhrif edərək, 65 min insanın, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi soyqırımı gizlətməyə çalışır.”

HƏMAS əlavə edib ki, ABŞ administrasiyası İsrail baş naziri Benyamin Netanyahunun əsirləri xilas edəcək razılaşma imkanlarını bilərəkdən puça çıxardığını çox yaxşı bilir. Bəyanata görə, bunun son nümunəsi Qətərə qarşı hücum və Trampın son təklifini müzakirə edən HƏMAS nümayəndələrinə qarşı həyata keçirilən sui-qəsd cəhdi olub.

“Əsirlərin həyatı Netanyahu hökumətindən asılıdır”

HƏMAS, Qəzzada saxlanılan israilli əsirlərin taleyini “terrorçu Netanyahu hökumətinin” müəyyən etdiyini vurğulayıb. Onların həyatını həm İsrailin müharibə cinayətləri, həm də Qəzzada davam edən sistemli dağıntılar təhlükə altına atır.

Bəyanatda həmçinin qeyd edilib ki, Netanyahu əsirlərin həyatına görə məsuliyyət daşıyır, ABŞ isə iki ildir İsrailin törətdiyi cinayətləri ört-basdır etməklə soyqırımı daha da qızışdırır.

Trampın ittihamları

Tramp açıqlamasında, HƏMAS-ın əsirləri yeraltından çıxararaq İsrailin quru hücumlarına qarşı “insani qalxan” kimi istifadə etdiyinə dair məlumat gördüyünü iddia edib. O, “HƏMAS əsirləri canlı qalxan kimi istifadə edərsə, bunun ağır nəticələri olacaq. Bu, insanlığa qarşı nadir cinayətlərdən biridir,” – deyə yazıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş