Hamas-dan Atəşkəs Planına əstək

1 Dəq Oxuma Müddəti

Fələstin İslami Müqavimət Hərəkatı (Hamas) 18 avqustda digər fələstinli qruplarla birlikdə vasitəçilərin atəşkəs planına verdiyi razılığa sadiqliyini bir daha vurğulayıb.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Hamas yaydığı bəyanatda bildirib ki, daimi atəşkəsə, işğalçı qüvvələrin Qəzza zolağından tamamilə çıxarılmasına, humanitar yardımların şərtsiz daxil olmasına və vasitəçilərlə ciddi müzakirələr nəticəsində real əsir mübadiləsinə yol açacaq hər bir təklif və ideyanı qəbul etməyə hazırdır.

Bu arada, Qəzzədə saxlanılan İsrail əsirlərinin ailələri şənbə gecəsi yaydıqları bəyanatda işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunu atəşkəs təklifini qəbul etməyə, dərhal danışıqlar masasına oturmağa, Qəzzəyə qarşı aparılan müharibəyə son qoymağa və əsirləri geri qaytarmağa çağırıblar.

Fələstin İnformasiya Mərkəzinin xəbərinə görə, əsir ailələri Netanyahudan savaşı dayandırmaq və əsirləri azad etmək üçün təcili şəkildə bir danışıqlar heyəti göndərməsini israrla tələb ediblər.

Mehr xəbər agentliyinin yaydığı məlumata görə, bəyanatda Hamas-ın vasitəçilərin planına müsbət cavab verdiyi qeyd olunub və Netanyahunun kabinetinin bu təklifə əhəmiyyətli bir cavab verməməsinə etiraz edilib.

Qəzzədəki əsir ailələri vurğulayıblar ki, Netanyahunun hakimiyyətdə qalmaq istəyi əsirlərin geri qaytarılması və daha çox itkinin qarşısının alınması kimi həyati məsələlərin önünə keçməməlidir.

Həmin ailələr həmçinin İsrail hökumətini Hamas-ın qəbul etdiyi razılaşmanı təsdiqləməyə və dərhal danışıqlara başlamağa çağırıblar.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş