Habertürk Və Show TV Dövlət Nəzarətində

2 Dəq Oxuma Müddəti

121 şirkətə əl qoyuldu

Can Holdinqə qarşı aparılan istintaq çərçivəsində böyük addım atılıb. Baş Prokurorluğun qərarı ilə aralarında HabertürkShow TV də daxil olmaqla 121 şirkətə məhkəmə yolu ilə əl qoyulub. Şirkətlərin idarəsi Tasarruf Mevduatı Sığorta Fonduna (TMSF) təhvil verilib.

Baş Prokurorluq holdinq rəhbərləri və əlaqəli şəxslərə qarşı “cinayətkar təşkilat qurmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq” kimi ağır ittihamlar irəli sürüb. Bu çərçivədə 10 nəfər barəsində həbs qərarı çıxarılıb.

TMSF: Fəaliyyətlər davam edəcək

TMSF-dən verilən açıqlamada holdinqə bağlı bütün qurumların “basiretli tacir” prinsipi əsasında idarə olunacağı bildirilib. Qurumun bəyanatında, fəaliyyətlərin, xüsusilə də təhsil müəssisələrinin, heç bir kəsinti olmadan davam etdiriləcəyi vurğulanıb.

Habertürk TV-nin baş redaktoru Mehmet Akif Ersoy isə X sosial şəbəkəsində paylaşım edərək TMSF nümayəndələri ilə görüşdüklərini və həm mediada, həm də Doğa Kolleclərində işlərin əvvəlki qaydada davam edəcəyini açıqlayıb.

Can Holdinqin fəaliyyəti

Can Holdinqin qurucusu Zamanhan Can, iş fəaliyyətinə 1972-ci ildə öz adını daşıyan ticarət şirkəti ilə başlayıb. Şirkətlər qrupu 1986-cı ildə Can Holdinq adı altında birləşdirilib və 1990-cı ildə mərkəzi İstanbulda yerləşdirilib.

Holdinq hazırda təhsil, enerji, texnologiya, məişət texnikası, logistika, liman, səhiyyə və media kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Təhsil sektorunda Bilgi UniversitetiDoğa Kollecləri ilə tanınan qrup, yaxın keçmişdə Habertürk TV, Show TV, Bloomberg HTHT Spor kanallarının da sahibi olub.

Qrupun enerji sektorunda Enerji Petrol A.Ş., yağ istehsalı və “Enerji Qaz” müəssisələri mövcuddur. Məişət texnikası sahəsində isə Awox, Seikon, Telefox və Energia markaları ilə bazarda iştirak edir. Bundan başqa, logistika sektorunda VİP Transport, səhiyyə sahəsində isə Özel Mediza Xəstəxanası fəaliyyət göstərir.

Tekfen Holdinq məsələsi

Can Holdinq son vaxtlar Tekfen Holdinq-in də müəyyən hissələrini satın almışdı. Tekfen Holdinq isə rəsmi açıqlama yayaraq, Can qrupunun şirkətdə 17,56 faiz pay sahibi olduğunu, lakin onlara qarşı heç bir məhkəmə və ya idarəetmə tədbirinin olmadığını bildirdi.

Beləliklə, istintaq çərçivəsində əl qoyulan 121 şirkətin əksəriyyətini enerji və yanacaq sektoruna aid müəssisələr təşkil edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş