Gürcüstanda Hərbi Təyyarə Faciəsi: 20 Türk Əsgəri Hələk Oldu

2 Dəq Oxuma Müddəti

C-130 hərbi təyyarəsi Gürcüstanda qəzaya uğradı

Azərbaycanı tərk edərək Türkiyəyə qayıdan C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstanın Kakheti bölgəsində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 türk hərbçi şəhid olub.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) səhər saat 07:30-da hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilib: “Qəhrəman silah yoldaşlarımız 11 Noyabr 2025 tarixində şəhid olmuşlardır” Nazirlik həmçinin qəzanın səbəbinin təyyarənin qalıqları üzərində aparılacaq texniki araşdırmadan sonra müəyyən ediləcəyini açıqlayıb.

Qəzanın səbəbi araşdırılır

MSB-nin məlumatına görə, təyyarənin düşmə səbəbi hələlik dəqiqləşməyib. Qəzanın başvermə şəraiti, texniki amillər və uçuş məlumatları “kaza kırım” qrupunun təhlilindən sonra müəyyən ediləcək.

Gürcüstan Mülki Aviasiya Agentliyi isə bildirib ki, türk hərbi təyyarəsi radardan “heç bir təcili siqnal göndərmədən” itib.

Ailələrə gecə məlumat verilib

Həlak olan hərbçilərin ailələrinə hadisə barədə məlumat gecə saatlarında çatdırılıb.

Türkiyə Milli Müdafiə Naziri Yaşar Güler sosial media üzərindən paylaşdığı başsağlığı mesajında deyib:
“Qəhrəman şəhidlərimizə şəxsən və Milli Müdafiə Nazirliyi adından Allahdan rəhmət, kədərli ailələrinə və əziz millətimizə başsağlığı və səbir diləyirəm”

Şəhid olan hərbçilərin adları və rütbələri

  1. Pilot polkovnik-leytenant Gökhan Korkmaz

  2.  Baş Gizir Berkay Karaca

  3. Baş gizir İlker Aykut

  4. Pilot mayor Nihat İlgen

  5. Leytenant Emre Mercan

  6. Baş gizir Emrah Kuran

  7. Baş gizir İlhan Ongan

  8. Müqaviləli gizir Emre Sayın

  9. Baş gizir Ahmet Yasir Kuyucu

  10. Baş gizir Emre Altıok

  11. Pilot leytenant Cüneyt Kandemir

  12. Baş gizir Hamdi Armağan Kaplan

  13. Baş gizir Burak İbbiği

  14. Baş gizir Nuri Özcan

  15. Pilot mayor Serdar Uslu

  16. Baş gizir Ümit İnce

  17. Baş gizir Burak Özkan

  18. Müqaviləli gizir Cem Dolapçı

  19. Baş gizir Ramazan Yağız

  20. Baş gizir Akın Karakuş

 

Gürcüstan və Türkiyədən birgə araşdırma

Hadisə yerinə Gürcüstan və Türkiyə xilasedici qrupları cəlb olunub. Qəza ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib, qalıqların toplanması və məlumatların analizinə başlanılıb.

Azərbaycan və Türkiyə rəsmiləri baş verən faciə ilə bağlı dərin hüzn ifadə edib, qardaş Türkiyə xalqına başsağlığı diləyiblər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş