Türkiyədə dövlətin əksinə olaraq, cəmiyyətdə ABŞ və NATO qarşıtlığı yüksəkdir. Belə olduğu üçün də amerikapərəstlik və NATO-çuluq çox vaxt örtülü şəkildə aparılır.
Bir də Türkiyənin NATO-da qalmağa davam etməsinə əsas yaradan bir yanaşma vardır. Bu kəsimlərin son dövrdə iki arqument irəli sürdüyü görünür:
1) “Türkiyə NATO-da qalaraq NATO-dan qorunur!”
2) “Türkiyə NATO-da qalaraq Cənubi Kiprin NATO üzvü olmasının qarşısını alır.”
NATO ÜZVLÜYÜ TÜRKİYƏNİN ƏLİNİ BAĞLAYIR
Birinci arqument mühümdür, çünki NATO-da qalmağı müdafiə edənlərin də artıq qəbul etdiyi bir reallıqdır ki, Türkiyəyə təhdid NATO ölkələrindən gəlir.
Adını qoyaq, o ölkə ABŞ-dır. Amma Türkiyənin NATO-da qalmağa davam etməsi nə bu təhdidi aradan qaldırır, nə də arqumentdə iddia edildiyi kimi bir müdafiə təmin edir.
Türkiyə NATO üzvü olduğu şəraitdə ABŞ Türkiyədə çevrilişlər etdi.
Türkiyə NATO üzvü olduğu şəraitdə ABŞ Türkiyəyə silah göstərdi; gəmi və təyyarəmizi vurdu, əsgərimizin başına torba keçirdi.
Türkiyə NATO üzvü olduğu şəraitdə ABŞ Türkiyəyə embarqo tətbiq etdi; başqa silah almasını da əngəllədi, mövcud silahın sursatını da satmadı; pulunu aldığı təyyarəyə belə əl qoydu; milli silahlanmamızı gecikdirdi.
Türkiyə NATO üzvü olduğu şəraitdə ABŞ Türkiyənin Mavi Vətən strategiyasını hədəf alır.
Və ən önəmlisi: Türkiyə NATO üzvü olduğu şəraitdə ABŞ Türkiyənin qonşularını bir-bir hədəfə alaraq Türkiyəni mühasirəyə alır.
Bəs Türkiyə bu mühasirəni NATO daxilində qalaraq önləyə bilirmi? Əksinə, NATO üzvlüyü Türkiyənin ABŞ-a qarşı əl-qolunu bağlayır.
KAĞIZ ÜZƏRİNDƏKİ VETO KARTI
“Türkiyənin NATO-da qalaraq Cənubi Kiprin üzvlüyünü əngəllədiyi” arqumenti də əsassızdır. Bunun əvvəlki versiyası Türkiyənin “veto kartı” olduğu iddiası idi.
Türkiyə kağız üzərində o kartı;
1) 1976-da Yunanıstanın NATO-ya geri dönüşündə,
2) 2009-da Rasmussenin baş katibliyində,
3) 2012-də İsrailin NATO ilə əməkdaşlıq tərəfdaşlığında,
4) 2013-dən sonra Misirin NATO təlimlərinə qatılmasında,
5) 2017-də Avstriyanın NATO tərəfdaşlığında,
6) 2019-da Baltik və Polşa Müdafiə Planında və
7) 2022-də İsveç və Finlandiyanın NATO üzvlüyündə istifadə etdi.
Bəs praktikada nə oldu? Yunanıstan NATO-ya qayıtdı, Rasmussen NATO baş katibi oldu, İsrail NATO-nun əməkdaşlıq tərəfdaşı oldu, NATO qərargahında otağı oldu, Misir təlimlərə qatılır, Avstriyanın tərəfdaşlığı davam etdi, Baltik və Polşa Müdafiə Planı həyata keçirildi, İsveç və Finlandiya NATO üzvü oldu!
Cənubi Kipr məsələsi də belədir. Cənubi Kipr, ABŞ və İsrailin Asiyaya açdığı müharibədə bir tramplin vəziyyətindədir. ABŞ Asiyaya hücum edərkən Cənubi Kiprdəki bazalardan onsuz da istifadə edir. ABŞ və İsrail təyyarələri üçün Cənubi Kipr arxa xətdə təhlükəsiz liman rolunu oynayır. Yəni Cənubi Kipr NATO üzvlüyü ilə ABŞ-a verə biləcəklərini onsuz da üzv olmadan da verir. Üstəlik, Türkiyə Cənubi Kiprin Aİ üzvü olmasının qarşısını almayaraq əsas kozunu itirmişdir.
NATO TÜRK DEMOKRATİYASININ QATİLİDİR
Türkiyənin niyə NATO-da qalmalı olduğunu müdafiə edənlər daha çox taktiki səviyyədə qazanca işarə edirlər. Halbuki Türkiyə 75 ildə NATO üzvlüyü ilə böyük strateji itkilər yaşamışdır.
NATO demokratiya və konstitusiya quruluşunun təminatı kimi təqdim edilir, amma əslində hər ikisinin də qatildir.
NATO “Türk demokratiyasının təminatı” deyil, qatildir. NATO Türk demokratiyasını (Atatürk xalqçılığını) biçdi, “sol”la mübarizə üzərindən siyasi islamçılığın önünü açdı, Türk-İslam sintezinin hakimiyyətə gəlməsinin yollarını hazırladı; NATO-ya bağlı Qladio ziyalılarımızı qətlə yetirdi.
NATO “konstitusiya quruluşunun təminatı” deyil, qatildir. NATO-çu çevrilişlər, 12 Martlar, 12 Sentyabrlar konstitusiya quruluşunu, 27 May Konstitusiyasını hədəf almışdır. 15 İyul çevriliş cəhdi “konstitusiyalı quruluşu” aradan qaldırmağı hədəfləmişdir.
