General Musaev: Silahlı Terrorçuların Əməlləri 12 Günlük Müharibənin Davamı idi

1 Dəq Oxuma Müddəti

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Seyyid Əbdürrəhim Musaev ölkədə son dövrlərdə baş verən təhlükəsizlik hadisələri ilə bağlı açıqlamalar verib. Musaev bildirib ki, silahlı terrorçu qrupların həyata keçirdiyi əməllər düşmənin İrana qarşı apardığı 12 günlük müharibənin davamı xarakteri daşıyır.

O qeyd edib ki, düşmənlər 12 günlük konvensional müharibədə uğursuzluğa düçar olduqdan sonra, son hadisələrdə bu dəfə quru yolları ilə ölkəyə sızan təlim keçmiş ünsürlər vasitəsilə İrana zərbə vurmağı hədəfləyiblər. Musaev yaşanan qarışıqlıq və hücumların təsadüfi olmadığını xüsusi vurğulayıb.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belə deyib:
“Düşmən son günlərdə ətraflı hazırlanmış bir plan əsasında, təlim keçmiş terrorçu qüvvələri ən vəhşi əməllərlə İranın müxtəlif bölgələrində işə saldı. Düşmənlərin 12 günlük sərt müharibədə aldıqları məğlubiyyətdən sonra, son hadisələrdə təlim keçmiş qüvvələrin quru yolu ilə sızaraq zərbə endirməsi formasında bir plan hazırladıqları açıq şəkildə görünür.

Son hadisələr zamanı baş verən bir çox terror aktı son dərəcə hesablanmış və planlı dağıdıcı fəaliyyətlər idi və ölkə bu günədək belə genişmiqyaslı dağıntı ilə üz-üzə qalmamışdı. Meydanda təlim keçmiş terrorçu qüvvələr mövcud idi və mütləq zorakılıqla can itkisinə səbəb olmaq onların ciddi gündəmində idi; elə ki, mülki şəxslərə belə atəş açdılar.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş