İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bildirib ki, düşmənin media imperiyası və koqnitiv müharibə yolu ilə cəmiyyətdəki bəzi fərdlər üzərində təsir göstərir və həqiqətləri təhrif edir.
Baş Qərargah rəisi general-mayor Seyyid Əbdürrəhim Musevi, “Müqəddəs Müdafiə və Müqavimət Dəyərlərinin Qorunması və Təbliği Fondu”nun rəhbərlərinin ümumi iclasının kuluarlarında verdiyi açıqlamada, sözügedən fondun ölkənin İslam İnqilabının ideallarına doğru irəliləməsinə töhfə verə biləcək böyük potensiala malik, olduqca dəyərli və mühüm bir qurum olduğunu vurğulayıb.
General-mayor Musevi yumşaq müharibə meydanında düşmənin media imperiyası və koqnitiv müharibə (cognitive warfare) vasitəsilə cəmiyyətin bir hissəsinə təsir etdiyini və həqiqətləri tərsinə çevirərək təqdim etdiyini bildirərək belə deyib:
“Müqəddəs Müdafiə və Müqavimət Dəyərlərinin Qorunması və Təbliği Fondu, cinayətkar Amerikanın bu cür sui-qəsd və düşmənçiliklərinə qarşı mübarizə aparmaq üçün yüksək potensiala malikdir.”
Baş Qərargah rəisinin sözlərinə görə, koqnitiv müharibənin əsas funksiyası həqiqəti təhrif edərək təqdim etməkdir; bu fond isə düşmənlərin hiylə və tələlərinə qarşı dura, onların törətdiyi cinayətləri ifşa edib aydınlaşdıra bilər.
General-mayor Musevi sonda İslam İnqilabının strategiya və ideallarının əhəmiyyətinə toxunaraq, “İnşallah ölkəni İslam İnqilabının ideallarına doğru irəlilədə bilərik” deyə bildirib.
