Körpə xəstəxanaya təhvil verildi
Gəncə şəhərində qadın öz azyaşlı qızını tibb müəssisəsinə qoyaraq ondan imtina edib. Hadisə şəhərin 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında qeydə alınıb.
Məlumata görə, qadın xəstəxanaya gələrək tibb işçilərinə övladını saxlaya bilmədiyini bildirib və körpənin uşaq evinə verilməsini istəyib. Daha sonra isə ərazini tərk edib.
Uşağın vəziyyəti normaldır
Hazırda azyaşlı xəstəxanaya yerləşdirilib və onun səhhətinin qənaətbəxş olduğu bildirilir. Tibb personalı tərəfindən körpəyə zəruri tibbi yardım göstərilir.
Polis araşdırma aparır
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Fakt üzrə araşdırma aparılır və qadının şəxsiyyəti, eləcə də hadisənin səbəbləri dəqiqləşdirilir.
