Allah Rəsulunun buyurduğu kimi, “Haqq-batil savaşı qiyamətə qədər davam edəcəkdir.”
Başlığımızı “Furqan Savaşı” qoymağımızın səbəbi, bu savaşın ən bariz xüsusiyyətinin “haqq-batil” cəbhəsinin açıq şəkildə ayrılmasından qaynaqlanmasıdır. Bir tərəfdə dövrümüzün Fironu olan böyük şeytan Amerika və onun “yönləndiricisi/üst ağlı” olan Sionist dəstə və bu lənətli güclərə dayaq/piyonluq edən münafiq dəstə, digər tərəfdə isə haqq cəbhəsini təmsil edən İran İslam Respublikası və İran İslam Respublikasının konsolidasiya etdiyi “Müqavimət Cəbhəsi.”
Əslində, İslam İnqilabının qələbəyə çatdığı 11 fevral 1979 tarixindən etibarən bu savaş davam edir. İnqilabla birlikdə ABŞ, İngiltərə və Sionist dəstənin istismar əmiciləri İran coğrafiyasından qoparıldıqda son dərəcə narahat oldular və bu inqilabı hələ güclənmədən çökdürmək üçün qollarını çırmayaraq İran üzərinə intriqalar qurmağa və hücumlara başladılar. Böyük şeytan ABŞ, girov agentlərini bəhanə edərək Təbəs səhrasındakı tərk edilmiş hava limanına “Xüsusi Delta Komando Birliyi” ilə eniş əməliyyatı həyata keçirdi. Lakin bu eniş zamanı möcüzəvi bir hadisə baş verdi! Qalxan qum fırtınası nəticəsində təyyarə və helikopterlər bir-birinə çırpıldı və hadisə böyük bir qalmaqal və məğlubiyyətlə nəticələndi. Pilot və digər personalın cəsədlərini belə götürə bilmədən qaçıb getdilər. Getdilər getməsinə, lakin müharibə və intriqadan heç vaxt geri durmadılar…
Bir neçə aylıq intensiv işdən sonra bu dəfə zalım Səddamı piyon/alət kimi işə saldılar. Təbəs səhrasında bacara bilmədikləri bir işə girişmiş və rüsvay halda əlləri yanaraq bölgəni tərk etmişdilər. Bu dəfə əlləri yanmasın deyə Səddam maşasını hərəkətə keçirdilər. Səddam 22 sentyabr 1980 tarixində ABŞ-ın verdiyi silah və kimyəvi maddələrlə İrana qarşı genişmiqyaslı hücum başlatdı. Böyük dağıntılarla nəticələnən və təxminən 1.5 milyon insanın ölümü ilə bitən bu müharibə əslində batil cəbhəsini təmsil edən ABŞ və Sionist dəstəyə qarşı aparılırdı. (Tətiyi çəkəndən başqa, tətikçini də düzgün tanımaq lazımdır.)
Bu məcburi müharibə düz 8 il davam etdi. Axmaq Səddam verilən tapşırığı istənilən şəkildə yerinə yetirə bilmədiyi üçün sonradan elə öz ağaları tərəfindən edam edilərək cəzalandırıldı. (Məhkəmə işin kamuflyaj tərəfi idi.) Zalıma qulluq etməyin bədəli ölüm oldu. Səddam çox böyük günahlarla axirətə getdi. Bildiyiniz kimi, Hələbçə və Ducaydə kürd xalqı İrana qarşı savaşmaq istəmədikdə onları kimyəvi sarin qazı ilə qətlə yetirmişdi. Bu müharibəyə “İran-İraq Müharibəsi” adı vermişdilər. Halbuki bu savaş “haqq-batil savaşı” idi. ABŞ və Sionist dəstə adına vəkalətlə aparılan bir müharibə idi. Silahı və kimyəvi maddələri verən də onlardı, hər şeydən əvvəl müharibə əmrini verən də onlardı. Bir tərəfdən müharibə davam edərkən, digər tərəfdən sui-qəsdlərini davam etdirdilər.
28 iyun 1981 tarixində parlament binasına edilən terror hücumu nəticəsində aralarında İmam Xomeyninin varisi kimi görülən Məhəmməd Beheştinin də olduğu 73 millət vəkili həyatını itirdi…
Bu mənfur sui-qəsddən iki ay sonra
30 avqust 1981 tarixində
Prezident Məhəmməd Əli Rəcai və Baş nazir Məhəmməd Cavad Bahünər də daxil olmaqla bir çox yüksək səviyyəli siyasi şəxsləri sui-qəsdlərlə şəhid etdilər. 3 yanvar 2020 tarixində “Qüds Qüvvələri” komandanı general Qasım Süleymanini Bağdad hava limanında raket hücumu ilə şəhid etdilər.
Yenə yaxın tariximizdə Prezident İbrahim Rəisini və Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı helikopter sui-qəsdi ilə şəhid etdilər. (19 may 2024)
“12 Gün Müharibəsi”ndə də komanda heyətindən yüksək rütbəli generalları şəhid etdilər.
Böyük şeytan ABŞ, müharibə və sui-qəsdlərlə nail ola bilmədiyi məqsədinə qəlblərində xəstəlik olan (Qərb təqlidçisi) kiçik azlığa yönəlik təhrikedici fitnələr və intriqalarla çatmağa çalışdı. Bir tərəfdən sanksiyalarla İranın güclənməsinin/inkişafının qarşısını almağa çalışır, digər tərəfdən isə iqtisadi böhranları tətikləyərək xalqı rejimə qarşı üsyana çağırır. İmperialist ABŞ bunu müəyyən aralıqlarla daim sınaqdan keçirdi. Açıq-aşkar və gizlətməyə ehtiyac duymadan, “Bu iş üçün hər il 20 milyard dollar büdcə ayırırıq” deyirlər…
Fondlarla/pullar ilə cəlb etdikləri universitet tələbələrini təhrik edib, guya küçə aksiyaları ilə İslam rejimini çökdürəcəklər. Bu üsulu müəyyən aralıqlarla dəfələrlə sınadılar. Xəstə bir qadın olan Mahsa Amininin ölümünü fürsətə çevirən “piyon dəstə” ortalığı yandırıb dağıtmağa və təhlükəsizlik qüvvələrinə hücum etməyə başladı. İki-üç həftə davam edən bu hadisələrlə də məqsədlərinə çata bilmədilər…
Son olaraq 28 dekabr 2025-də başlayıb 12 yanvar 2026 tarixində başa çatan küçə aksiyalarında da ortalıq yandırılıb dağıdıldı. Piyon tələbələr bu dəfə silah da istifadə etdi və 3117 nəfərin ölümünə səbəb oldular. Özlərindən də təxminən 600 nəfər ölüb. Bu müddətdə tibb məntəqələrinə hücum edərək həkim və xəstələrə hücum etdilər. Öldürdükləri insanlar arasında uşaqlar da var idi. 350-dən çox məscidi yandırdılar. Məscidlərin içindəki ayə yazılı lövhələri sındırıb parçaladılar. Bütün bu vandalizmlər ABŞ və Sionist dəstə adına edilirdi. Ortalığın yandırılıb dağıdılmasının və məscidlər ilə dövlət binalarının od vurulmasının göstərişini birbaşa lənətli Tramp verirdi. Tramp, “Dövlət binalarını ələ keçirin, davam edin, biz gəlirik, sizə demokratiya, sizə azadlıq gətirəcəyik” deyirdi. (Azadlıq və demokratiya apardıqları ölkələri necə viran etdiklərini hamımız gördük!)
Bütün bunlar baş verərkən ABŞ şeytani planla İranı 3 maddəlik şərtlərlə danışıqlara dəvət etdi.
Maddə 1 – Uran zənginləşdirmə proqramını dayandıracaqsınız. Əlinizdə olan 400 kq uranı üçüncü ölkəyə göndərəcəksiniz.
Maddə 2 – Uzun mənzilli raketlərinizi məhv edəcəksiniz.
Maddə 3 – Terror təşkilatlarına silah və sursat verməyəcəksiniz. (Burada nəzərdə tutulan təşkilatlar Həmas, İslami Cihad, Hizbullah və Ənsarullahdır.)
İran rəsmiləri, “Birinci maddəni müzakirə edə bilərik, digər iki maddə qırmızı xəttimizdir, onları müzakirə etməyəcəyik” dedikdə birinci maddə üzrə danışıqlar Ummanda başladı. İkinci görüş Cenevrədə oldu. Üçüncü iclasın Cenevrə və ya Vyanada keçirilməsi müzakirə olunarkən birdən gördük ki, 28 fevral səhəri işğalçı İsrail və ABŞ eyni vaxtda İranın müxtəlif şəhərlərinə hücum başlatdı. Həmin günün axşamı Rəhbər İmam Əli Xameneinin ofis kimi istifadə etdiyi evə edilən hücumda başda Rəhbər Əli Xamenei, nəvəsi, qızı və kürəkəni olmaqla, yüksək komanda heyətindən Baş Qərargah rəisi Əbdürrəhim Musəvi, İnqilab Keşikçiləri Ordusunun baş komandanı Məhəmməd Pakpur, Müdafiə Şurasının baş katibi Əli Şəmxani və Silahlı Qüvvələrin logistika məsul şəxsi Əziz Nasırzadə şəhid edildilər.
Bu edilən sui-qəsd nə müharibə hüququna, nə də beynəlxalq qaydalara uyğun gələn xain bir hərəkətdir. Uşaq əti yeyən Epsteyn koalisiyası bu vəhşiliyi etməklə dünya ictimaiyyəti qarşısında öz cinayətlərini ört-basdır edəcəklərini və İslam nizamını çökdürəcəklərini zənn edir.
ABŞ-ın bu müharibəyə çəkilməsinin əsas səbəbinin Epsteyn dosyelərinin şantaj vasitəsi kimi istifadə olunması olduğu qənaətindəyik. Bu cür şərhlərə mediada da tez-tez rast gəlirik. Məsələ və məqsəd işğalçı İsrailin təhlükəsizliyi üçün İrana hücumu təmin etmək olduqda, Sionist dəstənin hər cür intriqanı və şantajı işə salması normaldır…
Hücum hansı səbəblə edilmiş olursa olsun, əsas məqsəd İran coğrafiyasının zənginliklərini yenidən imperialist vantuzlara açmaqdır.
Epsteyn şantajı da bu məqsədə xidmət edir. İsrailin təhlükəsizliyi və İran coğrafiyasını yenidən istismara açmaq üçün İslam nizamının yıxılması lazımdır. Bu məqsədlə 28 fevral səhəri İranı vurmağa başladılar. Bu xain hücum qarşısında İran dərhal əks-hücuma keçərək BMT Təhlükəsizlik Şurasının 51-ci maddəsinə əsasən cavab hüququndan istifadə etməyə başladı. Böyük şeytan ABŞ, İranı vurarkən bölgədəki ərəb ölkələrində yerləşən bazalardan istifadə etdiyi üçün İran bu bazalara hücum edərək bir çoxunu sıradan çıxardı. Bəzi siyasətçilər isə bunu ərəb ölkələrinə hücum kimi şərh etdi. Bilinməlidir ki, İran ərəb ölkələrinə hücum etmir, həmin ölkələrdəki ABŞ bazalarını vurur. Bu da onun təbii haqqıdır. Çünki həmin bazalardan ona hücum edilir…
Bunu da qeyd edək ki, bölgə ərəb ölkələri İspaniya qədər belə olmadı. İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-a açıq mesaj verərək bazaları istifadə etdirməyəcəyini bildirdi. Biz də istərdik ki, bölgədəki müsəlman ölkələrin rəhbərləri də eyni şərəfli mövqeni tutaraq qardaş İran xalqı ilə həmrəylik göstərsinlər…
Baxın, bu hücumlar başlayan kimi Yəmən Qırmızı dənizi bağladığını elan etdi. Hal-hazırda ABŞ və Sionist dəstə bu müharibəni xaincəsinə davam etdirir. İşğalçı İsrail qəsdən hədəf aldığı bir ibtidai məktəbdə yaşı 7-12 arasında olan 167 qız şagirdi qətlə yetirdi. Firon ABŞ keçmişdə Vyetnamda, Kambocada, Əfqanıstan və İraqda tətbiq etdiyi qaydasız asimmetrik müharibəni indi İranda tətbiq edir. İran isə əks-hücum olaraq hər gün hücumlarının miqyasını artırır. Son 6 gündür başda Tel-Əviv olmaqla işğal altındakı şəhərləri intensiv raket zərbələri ilə vurur. Ən son Netanyahunun ofisini də vurdu. Bu müharibə İran tərəfindən dəqiq hədəflərlə davam edərkən, şər cəbhəsi isə nəzarətsiz şəkildə məktəb və xəstəxanaları vurur. İran xüsusilə ABŞ və Sionist dəstənin logistik mərkəzlərini hədəf alır. Məsələn, Dubayda vurulan bir bina zahirdə otel kimi görünsə də sonradan bunun Mossadın kommunikasiya mərkəzi olduğu məlum oldu. İran böyük dəqiqliklə əvvəlcədən müəyyən etdiyi mərkəzləri vurur. Erbildə vurduğu bina da Mossada aid idi…
Bu müharibə müəyyən müddət nəzarətli və məhdud şəkildə davam edəcəkmi, yoxsa genişlənərək böyük dağıntılara səbəb olan uzunmüddətli bir müharibəyə çevriləcək – bilinmir. Bilinən odur ki, əgər böyük şeytan Amerika və Sionist dəstə ciddi müqavimətlə qarşılaşmayacaqlarını bilsələr, İranı tam çökdürənə qədər hücumlarını davam etdirərlər…
Bu arada separatçı kürd qrupları ilə əlaqə quraraq onlarla quru əməliyyatı başlatmaq istəyirlər. Bir vaxtlar Səddamı necə istifadə etmişdilərsə, indi də bu qrupları istifadə etmək istəyirlər…
Görünən odur ki, İranın işi çətindir, çünki “Düşmən güclü, dost vəfasızdır.” Düşmən təkcə güclü deyil, vəhşidir, canavarcasına düşüncələrə malikdir və hər cür pisliyi etməyə meyllidir. Düşmənin keçmişi o qədər qaranlıqdır ki, keçmişdə etdiklərini bu gün etməyəcəyinə heç kim zəmanət verə bilməz. Baxın, amerikalı senator Lindsey Graham deyir: “Mən İsrailin yerində olsam Qəzzəyə atom bombası ataram.” Və qürurla İranı hədəf göstərərək əlavə edir: “Biz keçmişdə Berlini yerlə-yeksan etdik, Almaniyanın bütün şəhərlərini viran qoyduq, sağ qalanları aclığa məhkum etdik, Yaponiyaya iki atom bombası ataraq Hiroşima və Naqasakini xəritədən sildik, Tokionu dağıtdıq, lazım olsa yenə edərik.” Aparıcı qadın ona “Qəzzəni də yerlə-yeksan etdiniz” dedikdə o, “Bəli, İsrailin təhlükəsizliyi üçün lazım olanı etdik, mən İsrailin yerində olsam Qəzzəyə atom bombası atardım” deyərək yenidən içindəki vəhşiliyi göstərir. Bu senator əslində kollektiv bir düşüncəni ifadə edir. İstər İsrail parlamenti Knessetdə, istər ABŞ Konqresində, istərsə də Pentaqonda bu cür düşüncəyə sahib çox sayda Sionist mövcuddur. Allah qorusun, əgər bu müharibə nəzarətdən çıxsa və İran çox ciddi zərbələr endirsə, qorxuram ki, Tehrana atom bombası ata bilərlər. Bu səbəbdən İran hücumlarını çox diqqətli və nəzarətli şəkildə həyata keçirir.
Bütün bu vəfasızlıqlara və xəyanətlərə baxmayaraq İran müqavimət göstərməyə davam edir. İranın hava müdafiəsi zəif olsa da, çox inkişaf etmiş uzaqmənzilli ballistik və hipersəs raketlərinə sahibdir. Düşmənin ən böyük qorxusu da bunlardır. İranın geri çəkilməyəcəyi açıqdır. Allah köməkçiləri olsun. Bu hücumlar qarşısında Allah İrana güc versin, onu müvəffəq etsin. Biz müsəlmanların duaları bu yöndədir. Bizim iradımız isə Yəməndən başqa müsəlman ölkələrinin rəhbərlərinədır. Susmaqla, tərəfləri sakitliyə çağırmaqla və İranla həmrəylik göstərməməklə necə də aciz vəziyyətə düşüblər. Belə olmalıdırmı? Bu bir “Furqan savaşıdır”, bu bir “haqq-batil müharibəsidir.” Bu savaşda tərəfsizlik yoxdur. Ya haqqın tərəfindəsiniz, ya da batilin.
Allah-Təala bizə birlik və həmrəylik içində olmağı əmr edir. İran tək buraxılmamalıdır. İran bu gün təkcə özü üçün deyil, ümmətin şərəfi üçün mübarizə aparır. Mərhum Erbakan illər əvvəl xəbərdarlıq etmişdi: “Suriya düşərsə növbə İrana gələcək. İran düşərsə növbə Türkiyəyə gələcək.” Həqiqətən də yaxın zamanda Netanyahu açıq şəkildə İranın ardından növbənin Türkiyəyə gələcəyini demişdi. İndi Ankara hökuməti növbənin özünə gəlməsini gözləyirmi? Məsələ əslində bu da deyil. Biz məsələyə milli baxımdan deyil, ümmət və insanlıq prizmasından yanaşmalıyıq. Hətta İran xalqı müsəlman olmasa belə, orada vəhşicəsinə hücuma məruz qalan bir xalq var. Onlara sahib çıxmaq bizim üçün bir məsuliyyətdir. Hansı tərəfdən baxsaq baxaq, biz məsuliyyət daşıyırıq. Əslində bu bir “Furqan savaşıdır”, bu bir “haqq-batil savaşıdır.” Heç bir müsəlman ölkə rəhbəri bu mübarizədən kənarda qala bilməz.
