Fransa Sorğusu: 2027 Seçkilərində Baridellanın Qələbəsi Ehtimalı Artır

1 Dəq Oxuma Müddəti

Sorğu: Jordan Baridella 2027-ci ildə favoritdir

Fransanın məşhur “Odoxa” sorğu mərkəzi ilk dəfə olaraq sağ radikal qanada mənsub “Milli Birlik” partiyasının rəhbəri, 30 yaşlı Jordan Baridellanın 2027-ci ildə keçiriləcək prezident seçkilərində əsas favorit olduğunu açıqlayıb. Sorğu, rəqibdən asılı olmayaraq Baridellanın birinci turda bütün namizədləri qabaqlayacağını göstərir.

19–20 noyabr tarixlərində min nəfərin iştirakı ilə aparılan sorğunun nəticələrinə görə, Marine Le Penin siyasi varisi hesab edilən Baridella, bu həftə seçki keçirilsəydi, digər bütün namizədlərdən daha çox səs toplayardı.

Birinci turda 35–36% səs

“Odoxa” bildirib ki, Jordan Baridella birinci turda rəqiblərindən asılı olaraq 35% və ya 36% səs qazana bilər. Bu nəticə onu digər bütün namizədlərdən önə çıxarır və seçkinin əsas favoriti kimi göstərir.

Sorğu həmçinin Baridellanın ikinci tura yüksələcək bütün potensial rəqiblərinə qarşı qalib gələcəyini göstərib. Analitiklər bu nəticələri Fransada sağ radikal seçici bazasının genişlənməsi və mövcud siyasi narazılığın artması ilə izah edirlər.

Sağ dalğası Fransada güclənir

Mütəxəssislər hesab edir ki, Baridellanın yüksəlişi təkcə onun gənc siyasi fiqur kimi populyarlığı ilə bağlı deyil, həm də seçicilər arasında təhlükəsizlik, immiqrasiya və sosial gərginliklərlə bağlı narahatlıqların artmasından qaynaqlanır.

2027-ci il seçkilərinə hələ illər qalsa da, sorğular Fransada sağ radikal xəttin gücləndiyini və siyasi mənzərədə ciddi dəyişikliklərin baş verə biləcəyini göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş