FIFA Sentyabr Və Oktyabr Oyunlarını Birləşdirir

1 Dəq Oxuma Müddəti

FIFA-dan yeni qərar: oyun pəncərələri birləşdirilir

Dünya futbolunda milli komandaların oyun təqvimi ilə bağlı mühüm dəyişikliklər elan olunub. FIFA-nın qərarına əsasən, 2026-cı ildən etibarən sentyabr və oktyabr oyun pəncərələri birləşdirilərək 16 günlük vahid pəncərə şəklində keçiriləcək.

Hazırda sentyabr (10–18 sentyabr) və oktyabr (14–22 oktyabr) tarixlərində ayrılıqda keçirilən oyun pəncərələri, gələcəkdə tək bir uzun dövrəyə çevriləcək. Bu dəyişiklik milli komandaların 16 gün ərzində dördədək rəsmi və ya yoldaşlıq oyunu keçirməsinə imkan verəcək.

Yeni formatın detalları

FIFA-nın açıqlamasına görə, ilk birləşdirilmiş pəncərə 21 sentyabr 2026-cı ildə başlayacaq6 oktyabr 2026-cı ildə başa çatacaq. Bununla belə, noyabr oyun pəncərəsi əvvəlki kimi qorunacaq və hər hansı dəyişiklik edilməyəcək.

Klub futbolu üçün üstünlüklər

Bu qərarın əsas məqsədi klubların yükünü azaltmaqdır. Əvvəllər qısa müddət aralığında iki ayrı pəncərə səbəbindən futbolçular dəfələrlə milli komandalarına gedib-gəlməli olurdular. Bu isə klubların hazırlıq prosesinə və komanda ritminin qorunmasına mənfi təsir göstərirdi.

Yeni formatla milli komandalara eyni müddətdə daha çox oyun imkanı veriləcək, klublar isə futbolçularını daha uzun müddət öz ixtiyarlarında saxlayacaqlar.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş