Fələstin BRİCS-ə Tamhüquqlu Üzvlük Üçün Müraciət Etdi

1 Dəq Oxuma Müddəti

Fələstin BRİCS-ə üzvlük müraciəti göndərdi

Fələstin Muxtariyyətinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl açıqlayıb ki, Fələstin BRİCS qrupuna tamhüquqlu üzvlük üçün rəsmi müraciət göndərib.

Nofəl Rusiyanın “Sputnik” agentliyinə verdiyi müsahibədə bildirib:
“Biz müraciətimizi təqdim etmişik, lakin hələ cavab almadıq. Fələstinin xüsusi şərtləri var. Hesab edirəm ki, lazımi şərait formalaşana qədər Fələstin bu qrupda qonaq statusunda iştirak edəcək.”

Abbas-Putin görüşü gündəmdə

Fələstin səfiri əlavə edib ki, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas 15 oktyabrda Moskvada keçiriləcək Rusiya-Ərəb sammitində iştirak edəcək. Onun səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirməsi də gözlənilir.

Nofəl qeyd edib ki, Abbasın səfər proqramı hazırda məhduddur:
“Mövcud ağır şərait səbəbindən bu dəfə proqram geniş olmayacaq. Atəşkəs əldə edildikdən sonra daha əhatəli səfərlər mümkündür.”

Rusiya-Ərəb sammiti

İlk Rusiya-Ərəb sammiti 15 oktyabr 2025-ci ildə Moskvada keçiriləcək. Toplantıya Qərbi Asiya və Şimali Afrikanın ərəb ölkələri ilə yanaşı, Afrika İttifaqına üzv olan Şərqi Afrika dövlətlərinin də qatılması gözlənilir.

BRİKS-ə maraq artır

Son illərdə BRİKS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) yeni üzvlük müraciətləri artıb. Qlobal miqyasda siyasi və iqtisadi balansı dəyişməyə başlayan bu format, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün alternativ əməkdaşlıq platforması kimi dəyərləndirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş