Regional məsələlər üzrə analitik Əbdülbari Ətvan Ra’y əl-Yəvm qəzetində dərc olunan yeni məqaləsində Benyamin Netanyahunun Donald Trampın İrana qarşı hücum planından niyə dəhşətə gəldiyini və bu hücumu dayandırması üçün niyə yalvardığını təhlil edib.
Ətvan İranda Amerika–sionist dəstəkli iğtişaşlara toxunaraq yazır ki, Trampın seçki kampaniyasında verdiyi “ABŞ-ın qlobal nüfuzunu bərpa etmək” vədi, İrana qarşı “əzici” adlandırdığı hücum planından imtina etməsi ilə istehza obyektinə çevrildi. Ətvanın fikrincə, Tramp bu hücumla İran rejimini dəyişdirib yerinə “banan respublikası” və ya kukla monarxiya qurmaq istəyirdi.
Tramp niyə geri çəkildi?
Ətvan bu suala belə cavab verir: Trampın ağıl müəllimi Netanyahu ona telefon edərək xəbərdarlıq etdi ki, belə bir hücum halında İran eyni anda minlərlə raketi işğal altındakı ərazilərə atacaq və rejimi tamamilə viran qoyacaq. Daha da önəmlisi, hücumun rejim dəyişikliyi hədəfinə çatmayacağını, əksinə bölgədəki 55 bazada yerləşən 70 mindən çox ABŞ əsgərinin həyatını təhlükə altına ataraq əks nəticə verəcəyini vurğuladı.
Ətvan Trampın “800 nəfərin edamını dayandırdığı” iddiası ilə İrana təşəkkür etməsini “müharibələr tarixinin ən bənzərsiz sirki” adlandırdı. Onun sözlərinə görə, bu, Trampın siyasi, şəxsi və strateji baxımdan nə qədər boş olduğunu və hətta şərəfli çıxış yolu belə tapa bilmədiyini sübut edir.
Sionist rejimi dəhşətə salan real amillər
Ətvan İsrail hərbi qurumlarının “sursat və hava hücumundan müdafiə sistemi çatışmazlığı” iddiasının böyük bir yalan olduğunu bildirərək, əsas qorxu səbəblərini belə sıraladı:
-
Strateji uğursuzluq: ABŞ İraq və Əfqanıstanda olduğu kimi quru əməliyyatı aparmadıqca (ki, ABŞ sistemi buna imkan vermir), təkcə hava zərbələri ilə rejim dəyişikliyi mümkün deyildi.
-
Müdafiə sistemlərinin çökməsi: Sionist rejim 12 Günlük Müharibədə də görüldüyü kimi, İran raket və PUA-larını dayandırmaqda aciz qalmaqdan və ağır iqtisadi–strateji itkilər verməkdən qorxdu.
-
Kütləvi itki riski: İranın istənilən hücuma işğal altındakı ərazilərdə yüz minlərlə israillinin ölümünə səbəb ola biləcək cavab raketləri ilə reaksiya verəcəyinə dair dəqiq kəşfiyyat məlumatları əldə olundu.
-
Nüvə həddi: İran nüvə həddində olan bir ölkədir. Müharibənin uzanacağı təqdirdə “özünümüdafiə” əsaslandırması ilə atom bombasını qadağan edən fətvanın qüvvədən düşə biləcəyi və İranın mövcud obyektləri, zənginləşdirilmiş uranı və alimləri ilə bir neçə gün ərzində bu gücə çata biləcəyi qorxusu yarandı.
“İran meydan oxudu”
Ətvan yazır ki, İran xalqı və rəhbərliyi müdrikliklə bu fitnəni nəzarət altına aldı. Bir İslam ölkəsinin ABŞ-a böyük bir “XEYİR” deyərək hərbi və ictimai gücü ilə meydan oxuması ABŞ-ın zəifliyini bütün dünyaya göstərdi.
Ətvan məqaləsini İmam Xameneinin (Bi’sət) bayramındakı çıxışına istinadla belə tamamlayır:
“İran xalqı fitnənin belini qırdı və son sözü birliyi ilə dedi. Amerika fitnəsini söndürdük, amma bu kifayət deyil, ABŞ mühakimə olunmalıdır.”
Sonda İrana qayıtmaq xəyalları quran “Pəhləvi”yə səslənən Ətvan yazır:
“ABŞ və İsrail sənin atanı hətta xərçəng xəstəsi olduğu vaxtda belə torpaqlarına qəbul etmədi; Misir mərhəmət göstərməsəydi atan yurdsuz qalacaqdı. Vaşinqton və Təl-Əvivdəki müttəfiqlərinin əxlaqı budur. Bölgədə bütün güc balansları artıq dəyişir.”
