Əraqçi BMT-yə Çağırış Etdi

1 Dəq Oxuma Müddəti

Təhlükəsizlik Şurasına rəsmi müraciət

Abbas Əraqçi ABŞ-İsrail hücumları fonunda BMT Təhlükəsizlik Şurasına və Birləşmiş Millətlər Təşkilatına rəsmi məktub ünvanlayıb.

Nazir bildirib ki, ABŞ və İsrailin məsuliyyətə cəlb olunmaması beynəlxalq hüquq sisteminə daha ciddi zərbə vuracaq.

“Beynəlxalq hüquqa açıq ziddir”

Əraqçi məktubunda İranın Ali Rəhbəri Seyid Əli Xameneinin şəhid edilməsini “terror aktı” və beynəlxalq hüququn kobud pozuntusu kimi qiymətləndirib.

Onun sözlərinə görə, belə addımlar dövlətlərin suveren bərabərliyi prinsipini və beynəlxalq sistemin sabitliyini sarsıdır.

BMT-yə məsuliyyət çağırışı

İran XİN rəhbəri BMT Baş katibini və Təhlükəsizlik Şurasını öz öhdəliklərini yerinə yetirməyə çağırıb. Tehran beynəlxalq təşkilatların hadisəyə münasibətdə konkret addımlar atmalı olduğunu vurğulayıb.

Gərgin fon

Məktub ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatları fonunda göndərilib. İran tərəfi hücumlar nəticəsində yüzlərlə insanın həlak olduğunu, o cümlədən yüksək vəzifəli siyasi və hərbi şəxslərin öldürüldüyünü bildirir.

Hazırda regionda hərbi və diplomatik gərginlik yüksək səviyyədə qalır, tərəflər isə qarşılıqlı ittihamlarını davam etdirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş