Epstein qalmaqalında yeni iddialar
Pedofili və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan və həbsdə müəmmalı şəkildə ölən amerikalı milyarder Ceffri Epstein-in qurbanlarından biri — Virciniya Giuffre — xatirələrini “Nobody’s Girl” adlı kitabda qələmə alıb. Giuffre-nin kölgə yazarı Emi Uolleslə birgə hazırladığı əsər bir sıra məşhur simalar və ictimai şəxslər haqqında yeni iddiaları gündəmə gətirib.
Kitabda Giuffre, Epstein-in reşit olmayan qızlarla cinsi əlaqədə olan nüfuzlu şəxsləri videoqeyd vasitəsilə şantaj etdiyini və bu məqsədlə geniş video arxivinə sahib olduğunu yazır. O, həmin videolarda özünün də zorla yer aldığını qeyd edib.
“Epstein mənə qardaşımın şəkli ilə hədə-qorxu gəldi”
Giuffre kitabında bildirir ki, 2000-ci ildə atası ABŞ Prezidenti Donald Trampın Floridadakı “Mar-a-Lago” malikanəsində işləyərkən Tramp və Melaniya Trampla tanış olub. Həmin dövrdə 17 yaşına az qalmış Giuffre, Epstein-in yaxın dostu Ghislaine Maxwell-lə tanış olduğunu və onun vasitəsilə Epstein-in malikanəsinə getdiyini yazır.
Epstein-in orada ona “Doğum nəzarəti vasitəsi istifadə edirsənmi?” sualını verdiyini, daha sonra həm Epstein, həm də Maxwell tərəfindən istismara məruz qaldığını bildirir.
Giuffre daha sonra Epstein-in onu iş təklifi ilə aldadaraq təhdid etdiyini qeyd edir:
“Epstein masasının arxasından qardaşımın uzaqdan çəkilmiş bir şəklini gətirib mənə uzatdı. Dedi ki, ‘Qardaşının hansı məktəbdə oxuduğunu bilirik. Bu evdə olanları kimsəyə danışmamalısan.’”
Maxwell və Epstein-in “daşıyıcı ana” təklifi
Kitabda Ghislaine Maxwell-in bütün yeniyetmə olmayan qızlardan “G-Max” adlandırılmasını istədiyi və Britaniya cəmiyyətinin elita çevrələrinə, o cümlədən Kral ailəsinə giriş imkanı olan əsas şəxs kimi təsvir olunduğu qeyd olunur.
Giuffre iddia edir ki, Maxwell və Epstein ona öz övladlarının daşıyıcısı (surroqat ana) olma təklifi verib və bunun müqabilində ayda 200 min dollar maaş vəd ediblər.
Həmçinin, Giuffre aktyor Corc Kluninin də adını çəkərək onunla əlaqədə olduğunu iddia edib. O, Epstein-in maliyyələşdirdiyi bir psixologiya professoru, ABŞ-da bir ştatın keçmiş qubernatoru, tanınmış bir sabiq senator və fransız menecer Jan-Lyuk Brunel kimi adlarla da zorla əlaqəyə məcbur edildiyini yazır.
Şahzadə Endryu iddiaları
Giuffre-nin iddiaları arasında Britaniya Kralı III Çarlzın qardaşı, Şahzadə Endryu da var. Müəllif, 17 yaşında olduğu dövrdə Şahzadə Endryu ilə üç dəfə cinsi əlaqəyə məcbur edildiyini və şahzadənin yaşını “17” deyə düzgün təxmin etdiyini bildirir.
Bu iddiaların ardından Prens Endryu əvvəlcə rəsmi krallıq vəzifələrindən uzaqlaşdırılıb, daha sonra isə York hersoqu da daxil olmaqla bütün rəsmi titullarından imtina etdiyini açıqlayıb.
Krallıq ailəsində sarsıntı
Şahzadə Endryunun Royal Lodge malikanəsində qalmağa davam etməsi və bu malikanənin xərclərinin vergi ödəyiciləri tərəfindən qarşılanması Böyük Britaniyada geniş narazılıq doğurub. Məsələ parlament müzakirəsinə çıxarılıb və Baş nazir Keyr Starmer “Krallıq mülkləri ilə bağlı araşdırma aparılmasını dəstəklədiyini” bəyan edib.
Epstein şəbəkəsinin kölgəsi hələ də qalır
Epstein-in 2019-cu ildə Nyu-York həbsxanasında müəmmalı ölümü bu qalmaqalı tam bağlamayıb. Giuffre-nin xatirələri və yeni iddiaları isə həm ABŞ, həm də Böyük Britaniyada ictimaiyyətdə böyük rezonans doğurub.