“Regionu nəzarətə almaq planı”
Ənsarullah hərəkatının lideri Əndül Məlik əl-Husi çıxışında İrana qarşı həyata keçirilən hücumların əsas məqsədinin İsrailin regionda üstünlüyünü təmin etmək olduğunu bildirib.
Onun sözlərinə görə, bu addım “bölgədə əsas maneənin aradan qaldırılması” və region dövlətlərinin nəzarət altına alınmasına yönəlib.
Başsağlığı və siyasi mesaj
Əl-Husi İran xalqına və dövlət institutlarına başsağlığı verərək, şəhid olan liderin rolunu “məzhəb və sərhədlərdən kənar” kimi xarakterizə edib. O, hadisəni regionun siyasi balansına təsir edən dönüş nöqtəsi kimi qiymətləndirib.
“Təslim olmaq çıxış yolu deyil”
Ənsarullah lideri bildirib ki, hücumların məqsədi region hökumətlərini və siyasi sistemləri təzyiq altına almaqdır. O vurğulayıb ki, təslimçilik region xalqlarının azadlıq və suverenlik itirməsi ilə nəticələnə bilər.
Əl-Husi İranın cavab addımlarını “güclü və davamlı” adlandıraraq, müttəfiq qüvvələrin mövqeyinin dəyişməyəcəyini qeyd edib.
Regional çağırış
Çıxışında o, müsəlman ölkələrini birliyə və koordinasiyalı mövqeyə çağırıb. Bildirib ki, mövcud mərhələ region üçün həlledici xarakter daşıyır və xalqların seçimi gələcək siyasi xəritəni müəyyən edəcək.
Hazırda regionda hərbi və siyasi gərginlik yüksək səviyyədə qalır, qarşılıqlı bəyanatlar və əməliyyatlar davam edir.
