Əfqanıstanın paytaxtı Kabulun mərkəzində baş verən partlayış nəticəsində azı 7 nəfər həlak olub, təxminən 12 nəfər yaralanıb.
Məlumata görə, Şəhr-e-Nev (Shahr-e-Naw) bölgəsində yerləşən bir restoranda partlayış baş verib.
Kabulda baş verən partlayışdan sonra 20 nəfərin xəstəxanaya çatdırıldığı, onlardan 7-nin xəstəxanaya gətirilən zaman həyatını itirdiyi bildirilib. Əfqanıstan üzrə ölkə direktoru Dejan Panic yaralılar arasında 4 qadın və 1 uşağın olduğunu, yaralıların əksəriyyətinin kəsiklər və zərbə nəticəsində yaranan travmalar səbəbilə müalicə altına alındığını deyib.
Çin dövlət televiziyası CCTV isə partlayış zamanı 2 Çin vətəndaşının ağır yaralandığını, bir təhlükəsizlik əməkdaşının isə həyatını itirdiyini açıqlayıb.
