Əbu Şəbabın Öldürülməsindən Sonra Sionist Rejimə Bağlı Silahlılar Kütləvi Şəkildə Həmasa Təslim Olur

3 Dəq Oxuma Müddəti

Qəzzada sionist rejim dəstəkli silahlı qrupların dağılması

Son günlər Qəzza zolağı boyunca İsrail tərəfindən dəstəklənən silahlı qrupların onlarla üzvü Həmasın təhlükəsizlik qüvvələrinə təslim olub. Fələstin media orqanlarının və İsrail yayım qurumunun məlumatına görə, son həftədə baş verən təslimolmaların əsas səbəbi bu qrupların rəhbərlərindən biri sayılan Yasir Əbu Şababın öldürülməsidir.

Əbu Şəbab Qəzzada “Xalq Qüvvələri” adlı milisin rəhbəri kimi tanınırdı və sionist rejimi ilə əməkdaşlıqda ən fəal fiqurlardan biri hesab olunurdu. O, Təl-Əvivlə birbaşa koordinasiya aparmaqda, yardım karvanlarını talan etməkdə, mülki şəxsləri oğurlamaqda və müqavimət qüvvələrini hədəfə alırdı.

Təslimolmalar əsasən cənub bölgələrində qeydə alınıb

Məlumata görə, son günlər təslim olanların çoxu RəfahXan Yunis bölgələrindəndir. Bu ərazilər müharibə dövründə sionist rejim ordusu ilə birbaşa əməkdaşlıq edən bir neçə milis şəbəkəsinin əsas fəaliyyət mərkəzi kimi tanınırdı.

Həmasın cümə günü elan etdiyi 10 günlük ultimatum da prosesin sürətlənməsinə səbəb olub. Hərəkat silahlı qrupların üzvlərini silahlarını təhvil verərək təslim olmağa çağırmışdı.

Qəzzanın Daxili İşlər Nazirliyi təslim olanların işlərinin sürətləndirilməsinə çalışılacağını bildirərək qeyd edib: “İşğalın xəyanətkarlar üçün yaratdığı qoruyucu çətir uzun sürməyəcək.” Nazirlik əlavə edib ki, İsrail tərəfindən dəstəklənən bu qruplar cəmiyyət tərəfindən təcrid olunmuşdu və onların sosial dayaqları demək olar ki, yox idi.

Əbu Şəbabın ölümü şəbəkələrə ən böyük zərbə oldu

Əbu Şəbab çərşənbə günü Rəfahda naməlum silahlılar tərəfindən öldürülmüşdü. Onun ölümü 2023-cü ilin oktyabrından sonra sionist rejimə bağlı milis şəbəkələrinə vurulan ən ciddi zərbə kimi qiymətləndirilir.

Sionist rejimin qatil baş naziri Benyamin Netanyahu əvvəllər bu dəstələrin İsrail tərəfindən silahlandırıldığını etiraf etmişdi.

Həmas və digər Fələstin qurumları Əbu Şəbabın qrupunun həm sionist rejim kəşfiyyatı, həm də bəzi “İŞİD” yönümlü elementlərlə əlaqədə olduğunu açıqlamışdı. Hətta İsrailin Kan News kanalı keçən ay məlumat yayaraq bildirmişdi ki, Əbu Şəbabın şəbəkəsinin üzvləri yüksək rütbəli ABŞ rəsmiləri ilə görüşlərdə iştirak ediblər.

Ölümündən sonra Əbu Şəbabın mənsub olduğu Tərəbin qəbiləsi onu açıq şəkildə rədd edərək bu hadisəni “rüsvayçılıq səhifəsinin bağlanması” kimi qiymətləndirib.

Həmas: “İşğalçı rejim yaltaqlarını belə qoruya bilmir”

Həmasın açıqlamasında bildirilib ki, Əbu Şəbabın öldürülməsi sionist rejimin öz yaltaqlarını belə qorumaq iqtidarında olmadığını göstərir. Hərəkat bəyan edib ki, xalqının təhlükəsizliyinə xəyanət edən və düşmənə xidmət göstərən hər kəs “hörmət və nüfuzunu itirəcək”.

Həmas Qəzzadakı ailələrin və qəbilələrin Əbu Şəbabdan uzaq durmasını alqışlayaraq, onun davranışlarının Fələstin xalqının milli və sosial dəyərlərinə zidd olduğunu vurğulayıb.

Sionist rejimin milislərə güvənməsi uğursuzluqdur

Həmasın bəyanatında qeyd olunub ki, Təl-Əvivin bu kimi milislərə artan şəkildə bel bağlaması İsrail ordusunun Qəzzada müqavimət qarşısında acizliyini göstərir. Müharibə nəticəsində 70 mindən çox fələstinli, əsasən qadın və uşaqlar həyatını itirib.

Müşahidəçilər bildirirlər ki, İsrail tərəfindən dəstəklənən qrupların sürətlə dağılması Həmasın Qəzzada daxili sabitliyi bərpa etməkdə mühüm üstünlük əldə etdiyini göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş