DÇ-2026 Üçün 1 Milyondan Çox Bilet Satılıb

2 Dəq Oxuma Müddəti

FİFA DÇ-2026-nın bilet satış göstəricilərini açıqladı

FİFA-nın mətbuat xidmətinin yaydığı məlumata əsasən, ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 Dünya Çempionatı üçün artıq 1 milyondan çox bilet satılıb.

Qurumun açıqlamasına görə, mundiala dünyanın 212 ölkə və ərazisindən azarkeşlər gələcək. Bu, futbol tarixində ən geniş coğrafiyalı iştirakçı auditoriyası kimi qiymətləndirilir.

FİFA nümayəndələrinin sözlərinə görə, satışların bu qədər sürətli artımı futbol azarkeşlərinin 2026-cı ildəki turnirə böyük marağını əks etdirir. Ən çox bilet sifarişi ABŞ, Meksika, Kanada, Almaniya, Braziliya və Böyük Britaniyadan daxil olub.

Turnirin formatı və iştirakçı komandalar

DÇ-2026 tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək. Komandalar hər biri 4 yığmadan ibarət 12 qrupa bölünəcək. Hər qrupda ilk iki yeri tutan komandalar, eləcə də 3-cü yeri tutan ən yaxşı səkkiz komanda pley-off mərhələsinə yüksələcək.

Turnir 2026-cı ilin 11 iyununda başlayacaq və 19 iyulda başa çatacaq. Oyunlar üç ev sahibi ölkənin — ABŞ, Kanada və Meksikanın müxtəlif şəhərlərində təşkil olunacaq.

Rekord maraq və gəlir gözləntisi

Ekspertlər hesab edir ki, DÇ-2026 həm tamaşaçı sayı, həm də kommersiya gəliri baxımından futbol tarixinin ən iri miqyaslı tədbiri olacaq. FİFA-nın proqnozuna əsasən, bilet satışlarından əldə ediləcək gəlir 2022-ci ildə Qətərdə keçirilən çempionatın göstəricilərini əhəmiyyətli dərəcədə üstələyəcək.

FİFA eyni zamanda turnirə qədər yeni mərhələli bilet satış kampaniyalarının da keçiriləcəyini bildirib. Növbəti mərhələdə azarkeşlər həm fərdi oyunlara, həm də müəyyən şəhərlərdəki matç paketlərinə bilet ala biləcəklər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş