Pekindən sərt xəbərdarlıq
Çin ordusu Filippinlərə Cənubi Çin dənizində gərginliyi artırmamaq barədə sərt xəbərdarlıq edib. Çin Xalq Azadlıq Ordusunun Cənub əməliyyat komandanlığının sözçüsü bildirib ki, Filippinlərin “təxribat xarakterli hərəkətləri” uğursuzluğa məhkumdur və bölgədə sabitliyi pozmaq cəhdləri nəticə verməyəcək.
“Xarici qüvvələrə bel bağlamayın”
Çinli rəsmilər xüsusilə Filippinlərin xarici qüvvələrdən dəstək almağa çalışmasına etiraz ediblər. Açıklamada bildirilib:
“Filippin dərhal hadisələr törətməyi dayandırmalı və bölgəyə xarici qüvvələri cəlb etməməlidir. Bu cəhdlərin heç biri uğurlu olmayacaq.”
Çin ordusunun patrul fəaliyyəti
Pekin rəsmiləri həmçinin Cənubi Çin dənizində Çin ordusunun “rutin patrullar” keçirdiyini vurğulayaraq, bu addımın bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasına yönəldiyini qeyd ediblər.
ABŞ, Yaponiya və Filippinlərin birgə təlimi
Qeyd edək ki, ABŞ-ın Hind-Sakit okean komandanlığı bir neçə gün öncə açıqlama yayaraq, Yaponiya, ABŞ və Filippinlərin 11–13 sentyabr tarixlərində Filippinin “xüsusi iqtisadi zonasında” birgə dəniz təlimləri keçirdiyini bildirmişdi. Məqsədin “regional əməkdaşlığı gücləndirmək və Hind-Sakit okean regionunda azad və açıq mühit dəstəkləmək” olduğu vurğulanmışdı.
Bu hadisə Pekin və Manila arasında gərginliyi daha da artırıb.