Cənub Livana Sionist Rejimin Amansız Hücumu

1 Dəq Oxuma Müddəti

Sionist rejim ordusundan Cənub Livana ardıcıl hava zərbələri

Sionist rejimə məxsus hərbi aviasiya bazar ertəsi günündən çərşənbə axşamına keçən gecə Cənub Livanın müxtəlif bölgələrinə bir-birinin ardınca ağır hava zərbələri endirib. Məlumata görə, hücumlar saat yarım gecə vaxtı başlayıb və bir neçə istiqamətdə güclü partlayış səslərinə səbəb olub.

Sionist rejim təyyarələri Cəbel Safiİqlim ət-Tuffah bölgələrinə ən azı altı raket zərbəsi endirib. Zərbələrin ardınca bölgədən qalxan sıx tüstü sütunları müşahidə olunub. Hədəflənən ərazilərin genişliyi hücumun miqyasının əvvəlki günlərlə müqayisədə daha böyük olduğunu göstərir.

Bundan əlavə, Sioniost rejim aviasiyası Nəbatı və Sayda qəzaları arasında yerləşən Vadi Əzzə bölgəsini də hədəfə alıb. Bu zərbə Livanın cənubuna qarşı davam edən hərbi təzyiqin növbəti mərhələsi kimi qiymətləndirilir.

BMT Təhlükəsizlik Şurasından “Livanın sabitliyi” mesajı

Hücumlar davam edərkən, BMT Təhlükəsizlik Şurasının hazırkı sədri, Sloveniya səfiri Samuəl Zboqar ötən şənbə günü Beyrut səfərini başa vurarkən Livanın sabitliyinə dəstəyin dəyişməz olduğunu bildirib.

Zboqar vurğulayıb ki, Təhlükəsizlik Şurası 1701 saylı qətnamənin tam tətbiqində qərarlıdır. Qətnamə Livan və İsrail arasında düşmənçiliyin dayandırılmasını və sərhəd boyunca sakitliyin qorunmasını nəzərdə tutur. O, bölgədəki gərgin geosiyasi şərait fonunda Livanın sabitliyinin həm region, həm də beynəlxalq təhlükəsizlik üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş