Cənubi Livanda Fələstinli Düşərgələrin Silahsızlaşdırılmasına Rəsmi Start Verildi

1 Dəq Oxuma Müddəti

Livanın rəsmi xəbər agentliyinin məlumatına görə, ordu Sur şəhərində yerləşən fələstinli qaçqın düşərgələrindən silahların toplanmasına başlayıb. Əməliyyat Sur bölgəsindəki Rəşidiyyə, əl-Bass və Burc əş-Şimali düşərgələrini əhatə edir.

Məlumatda bildirilir ki, yeddi yük maşını ilə yüngül silahlar və B7 tipli raketlər bu düşərgələrdən çıxarılaraq Cənubi Livanın əl-Şavakir bölgəsində yerləşən 2-ci Xüsusi Qüvvələr Alayının hərbi bazasına təhvil verilib. Bu alay ölkənin həssas bölgələrində xüsusi, təcili və müdaxilə əməliyyatlarına cavabdehdir.

Russia Today xəbər verir ki, Livan ordusunun silahların dövlət nəzarəti altında mərkəzləşdirilməsi planı çərçivəsində Fəth hərəkatından da silah partiyaları qəbul edilib.

Təxminən bir həftə əvvəl mediada yayılan xəbərlərdə deyilirdi ki, bəzi fələstinli qruplar Livandakı qaçqın düşərgələrində saxladıqları silahların bir hissəsini artıq ordunun ixtiyarına veriblər. Bu addım bir neçə ay əvvəl Livan hökuməti ilə Fələstin Administrasiyası arasında elan edilən düşərgələrin silahsızlaşdırılması razılaşması çərçivəsində həyata keçirilir.

Planın ilk mərhələsinə avqustun 21-də start verilib. Həmin gün Cənubi Beyrutdakı Burc əl-Baracne qaçqın düşərgəsindən yüngül silahlar daşıyan bir mikroavtobus çıxarılıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş