Britaniyada Qalmaqal: “Palestine Action”ı İŞİD-lə Eyniləşdirən Qərar Məhkəməyə Verildi

2 Dəq Oxuma Müddəti

Britaniya məhkəməsi qalmaqallı qadağaya qarşı müraciəti araşdırır

Bu gün Londonda məhkəmə Britaniya hökumətinin “Palestine Action” hərəkatını terror təşkilatı kimi siyahıya salmasına qarşı verilən rəsmi şikayəti dəyərləndirir. Hökumətin iyul ayında verdiyi bu qərar ölkədə ciddi narazılıq doğurub və hüquqi-siyasi gərginliyi artırıb.

Daxili İşlər Nazirliyinin qərarına əsasən, “Palestine Action” İŞİD və “Əl-Qaidə” ilə eyni kateqoriyada təsnif edilib. Bu isə təşkilata üzv olmaq, onu təbliğ etmək və adı altında tədbir keçirmək kimi fəaliyyətlərin 14 ilə qədər həbs cəzası ilə cəzalandırılması deməkdir.

Hüquqşünaslar: “Bu, terror qanunlarının sui-istifadəsidir”

Hərəkatın müdafiə tərəfi iddia edir ki, hökumət bu addımla terrorla mübarizə qanunlarından siyasi məqsədlərlə istifadə edir və etiraz azadlığını boğur. Onların sözlərinə görə, qərar hərəkatın Qəzza müharibəsi dövründə güclənən kampaniyalarını zəiflətməyə yönəlib.

Qadağaya gedən yol

“Palestine Action”ın qadağan edilməsinə səbəb kimi göstərilən hadisələrdən ən diqqət çəkəni iyun ayında baş verib: hərəkat fəalları Kral Hərbi Hava Qüvvələrinin Briz Norton bazasına daxil olaraq iki hərbi təyyarəyə zərər vurmuşdu.

Qadağa əleyhdarları bildirirlər ki, mülkiyyətə ziyan vurmaq terror aktı kimi qiymətləndirilə bilməz və bu addım hökumətin siyasi etirazlara qarşı təzyiq taktikasına çevrilib.

Böyük Britaniyada sərt qərar və mübahisələr

Ölkə əvvəlcədən açıqlamışdı ki, “terrorla mübarizə qanunları” çərçivəsində hərəkəti tam qadağan edəcək. Qadağa qüvvəyə mindikdən sonra təşkilatın üzvlüyü, təbliğatı, rəsmi toplantılar keçirmək və hətta şüarlarını ictimai yerlərdə səsləndirmək belə qanunsuz sayılır.

Hərəkatın fəaliyyəti və ittihamları

“Palestine Action” xüsusilə Qəzza müharibəsinin başlanmasından sonra Britaniyada İsrailə silah və hərbi texnologiya satan şirkətlərə qarşı birbaşa aksiyaları ilə tanınır. Hərəkat Londona “işğala hərbi dəstək verməklə münaqişənin tərəfi olmaq” ittihamını yönəldir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş