▪︎ “Biz Allaha məxsusuq və Ona doğru qayıdacağıq!” (Bəqərə, 156)
“Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!” (Ali-İmran, 146)
• İslam dininin və müsəlmanların müştərək düşmənləri tərəfindən arzuladığı şəhadət zirvəsinə yüksəlmiş Ayətullah Seyid Əli Xamneinin şəhadəti münasibətilə ilk öncə ümmətin imamı və sahibi olan Həzrət İmam Zamana (ə), həmçinin bütün möminlərə və İslam ümmətinin bu böyük şəhidini sevən hər bir kəsə başsağlığı veririk.
Allahdan mövlamız və imamımız Həzrət Sahibəz-zamanın (ə) zühuru ilə bütün dünyada yaşayan, xüsusən İran İslam Respublikasında olan möminlərin çətinliklərinin həll olunmasını, İmamın (ə) vasitəsilə düşmənlərin şərinin dəf olunmasını təmənna edirik.
