Keyhan qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari qələmə aldığı yazısında böyük bir hadisənin yaxınlaşdığını bildirib.
Şəriətmədarinin yazısı belədir;
1— Bu günlərdə İslami İranda və dünya miqyasında baş verən hadisələr adi və təbii görünmür. Bütün mövcud işarələr böyük və taleyüklü bir hadisənin baş verməkdə olduğunu göstərir. Bu yazıda qeyd olunacaq məsələlər qeyb xəbəri vermək deyil; çünki “Göylərdə və yerdə qeybi Allahdan başqa heç kim bilməz…” (Nəml surəsi, 65-ci ayə). Lakin millətlərin və qövmlərin vəziyyəti üzərində düşünmək, onların aqibətindən ibrət almaq və tarixlərindən dərs çıxarmaq da Quranda tez-tez vurğulanmışdır. Məsələn, həmin surənin 69-cu ayəsində belə buyurulur: “Yer üzündə gəzin və günahkarların sonunun necə olduğuna baxın.”
İndi bu qısa, lakin zəruri izahdan sonra oxuyun.
2— Cümə surəsinin 2 və 3-cü ayələrində belə buyurulur:
“O, ümmilər arasından, özlərindən bir peyğəmbər göndərən Odur ki, onlara ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Halbuki bundan əvvəl açıq-aydın azğınlıq içində idilər. Və hələ onlara qoşulmamış başqalarına da (göndərilmişdir). O, mütləq qüdrət sahibidir, hikmət sahibidir.”
Bu ayələr nazil olduqdan sonra orada olanlar Peyğəmbərimizdən (s.ə.v) soruşdular:
“Hələ ərəblərə qoşulmamış bu ‘digər toplum’ kimdir?”
Rəsulullah (s.ə.v) Salman Farsinin çiyninə əlini qoyaraq belə buyurdu:
“Allahın nəzərdə tutduğu bu adam və onun qövmüdür.”
Davam edək:
3— İmam Xomeyni belə buyururdu:
“Mən cəsarətlə iddia edirəm ki, İran milləti və milyonluq xalqı bu gün Rəsulullah (s.ə.v) dövründəki Hicaz xalqından, Hz. Əli (ə) və Hz. Hüseyn (ə) dövründəki Kufə və İraq xalqından daha üstündür.”
İndi bu iki hadisəni müqayisə edin:
Birincisi:
Bir Cümə günü… Peyğəmbərimiz (s.a.v) xütbə verərkən birdən davul və boru səsləri eşidilir. Birinin “Ticarət karvanı gəldi!” deyə qışqırması ilə bir çox insan namazı buraxıb alış-veriş üçün ora qaçır. Bunun üzərinə belə ayə nazil olur:
“Onlar bir ticarət və ya əyləncə gördükləri zaman dərhal ona yönəlir və səni ayaqüstə qoyurlar. De ki: Allah yanında olan, əyləncə və ticarətdən daha xeyirlidir…” (Cümə surəsi)
Diqqət edin; Allah Rəsulu (s.a.v) xütbə verirdi, yəni yaradılmışların ən üstünü oradaydı.
İkincisi:
(1985)…
Cümə namazı, dövrün Prezidenti olan Ayətullah Seyyid Əli Xameneinin imaməti ilə qılınır. Xütbə zamanı böyük bir partlayış baş verir. 14 nəfər şəhid olur, təxminən 88 nəfər yaralanır.
Amma bir nəfər belə namazı tərk etmir.
Dərhal “Allahu Əkbər”, “Amerikaya ölüm”, “İsrailə ölüm”,
“Hüseyn Hüseyn şüarımızdır, şəhadət iftixarımızdır” şüarları yüksəlir.
Aparıcı imamı kürsüdən endirmək istədikdə, o danışmasına davam edir.
İkindi namazında İraq döyüş təyyarələri səmaya gəlir, bombalar atılır…
Amma insanlar heç bir qorxu əlaməti göstərmədən namaza davam edir.
İmam Xomeyni bu hadisə haqqında belə demişdir:
“O Cümə gününü heç vaxt unutmuram… O əzəmət, o nur, o müqavimət…
Hamını diqqətlə izlədim, bir nəfərin belə sarsıldığını görmədim.
İmam xütbəyə eyni qətiyyətlə davam etdi, səsi dəyişmədi.
İnsanlar yerlərindən qalxmadı.
Sadəcə belə qışqırdılar:
‘Hüseyn Hüseyn şüarımızdır, şəhadət iftixarımızdır.’”
4— Bu sətirlərin müəllifi tarixçi deyil; lakin tarixə baxıldıqda və tarixçilərlə danışıldıqda belə qəti nəticəyə gəlinir:
Bu gün, xüsusilə 12 günlük müharibədən sonra və içində olduğumuz prosesdə İran xalqında görünən bu fədakarlıq və müqavimət, insanlıq tarixində bənzəri olmayan bir vəziyyətdir.
Gecə-gündüz, qadınlar, kişilər, gənclər, uşaqlar, yaşlılar;
soyuqda, yağışda, qar altında, hətta raket təhlükəsi altında, oruclu halda İslamı müdafiə etmək və İrana dəstək vermək üçün meydanlardadır.
Bu vəziyyətə “möcüzə kimidir” deyilir, amma əslində möcüzə kimi deyil; birbaşa möcüzədir.
Və bu hekayə hələ davam edəcəkdir…
5— Bu məsələnin təfərrüatları bu qısa yazının hüdudlarını aşır. Lakin belə cəsarətlə demək olar ki:
Gizli imamımız Hz. Mehdi (ə.f), Allah yolunda bu fədakarlığı qarşılıqsız qoymayacaqdır.
Şübhəsiz böyük bir hadisə yaxındır və böyük, taleyüklü bir qələbə yoldadır.
