Böyük Britaniyanın Tehrandakı səfirliyi ölkədə baş verən etirazlar səbəbilə müvəqqəti olaraq bağlanıb. Səfirliyin uzaqdan xidmət göstərəcəyi bildirilib.
Böyük Britaniyanın Tehrandakı səfirliyi İrandakı etirazlara görə müvəqqəti bağlanarkən, bütün personal da müvəqqəti olaraq ölkə xaricinə çıxarılıb.
Böyük Britaniya hökumətinin mətbuat xidməti tərəfindən yayımlanan yazılı açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Böyük Britaniyanın Tehrandakı səfirliyi müvəqqəti olaraq bağlanmışdır. Bu ölkəyə dair səyahət xəbərdarlıqları konsulluq xidmətlərindəki dəyişiklikləri əhatə edəcək şəkildə yenilənmişdir. Təhlükəsizlik səbəbi ilə səfirlik əməkdaşları müvəqqəti olaraq İrandan çıxarılmışdır. Səfirliyimiz uzaqdan xidmət göstərməyə davam edəcək.”
