Səudiyyə Ərəbistanının Yəmənə Hücumları Davam Edir: Ölənlər var

Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə intensiv hava hücumları nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Yəmən Silahlı Qüvvələrinin sözçüsü son gərginlik dövründə hava və raket zərbələrinin sayının 3024-ə çatdığını açıqlayıb.

“Bavariya”nın Baş Məşqçisi Xəstəxanaya Yerləşdirildi

Almaniyanın “Bavariya” futbol klubunun baş məşqçisi Vensan Kompani qəfil səhhətində yaranan narahatlıq səbəbindən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Naxçıvan Hökuməti Avtomobillərə 673 Min Manat Xərcləyib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin son iki ildə xidməti avtomobillərin alınması üçün keçirdiyi üç tenderin hamısını “Toyota Abşeron Center” MMC qazanıb. Tenderlərin ümumi dəyəri 673 min 200 manat təşkil edib.

Qara Dənizdə Azərbaycanlıların Olduğu Gəmi Batıb

Rumıniya sahilləri yaxınlığında üç Azərbaycan vətəndaşının da olduğu “Xorıv” ticarət gəmisi batıb. Hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər itkin düşüb, doqquz nəfər isə xilas edilib.

Araşdırma: Netanyahu İran Təhlükəsini Şişirdib

Mada əl-Karmel Mərkəzinin araşdırmasında İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramından qaynaqlanan təhlükəni siyasi məqsədlərlə şişirtdiyi və bu arqumentdən İrana qarşı iki müharibəyə haqq qazandırmaq üçün istifadə etdiyi bildirilir.

İstanbul Görüşündən İrana Hücuma Qarşı Mesaj

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən səkkiztərəfli görüşdən sonra İrana qarşı yeni hərbi hücumun müharibənin miqyasını genişləndirəcəyini bildirib. Onun sözlərinə görə, iştirakçı ölkələr hərbi müdaxilənin həll yolu olmadığı…

Hörmüz Boğazında İki Nəhəng Neft Tankeri Partladı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda qadağan olunmuş ərazidən keçən iki nəhəng neft tankerinin dəniz minalarına toxunaraq partladığını bildirib. Hadisədən sonra hər iki tankerdə yanğın…

Sionist Rejim Əl-Xəlildə Hərbi Əməliyyata Başladı

İsrail ordusu və Şabak təhlükəsizlik xidməti işğal altındakı İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərində birgə hərbi əməliyyata başladıqlarını açıqlayıb. Əməliyyatın bir neçə gün davam edə biləcəyi bildirilir.

ABŞ-dən Kubada Hakimiyyəti Dəyişmək üçün Çağırış

ABŞ dövlət katibi Marko Rubio Kuba vətəndaşlarını ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə Amerika kəşfiyyat orqanları ilə gizli əməkdaşlığa çağırıb. Vaşinqtonun Havanaya qarşı siyasi və iqtisadi təzyiqləri davam edir.

Rusiya, ABŞ və Ukrayna Arasında Yeni Görüş gözlənilir

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqların iki həftə ərzində keçirilməsi mümkündür. ABŞ rəsmisinin sözlərinə görə, görüş üçün Əbu-Dabi və İsveçrə nəzərdən keçirilir.