Bir Zəfər və Bir Ərbəin!!

9 Dəq Oxuma Müddəti

Həmd olsun Rəbbim bir daha ömrü həyatımda mənə ZƏFƏR yazısı yazmağı nəsib etdi.

Bu zəfər, yalnız hərbi bir geri addımın deyil, əsrlərdir davam edən bir məktəbin, “Heyhat minəz zillə” (Zillət bizdən uzaqdır) fəryadının müasir dövrdəki əks-sədasıdır. Qlobal küfrün təkəbbürü, İmam Hüseynin (ə) bayrağını daşıyan möminlərin iradəsi qarşısında diz çökmüşdür.

Bu zəfər bir SON deyil, əksinə yeni bir müqavimət ruhunun başlanğıcıdır.

Kərbəlanın Mirası müqavimət ruhunun doğulduğu şəfəq vaxtı gəldi və qədim Zülm Mədəniyyətlərinin Taxtları Sarsılır:

Dünya, tarixin ən saflaşdırılmış barbarlığı qarşısında diz çökmüş, müasir dünyanın rəhbərləri “strateji tarazlıq” nağıllarının arxasında gizlənərək bu vandallığa boyun əymişkən; sükutu yarıb keçən bir nida və cəsur bir müqavimət Şərqin qədim torpaqlarından, İranın ürəyindən yüksəldi. Bu yalnız siyasi bir qarşı duruş deyil; bir varlıq, bir məna və minlərlə illik bir “la” (xeyr) deyə bilmə sənətidir.

Kərbəlanın Sönməyən Məşəli Bu Gün Vilayəti Fəqihin Əlində:

Bu müqavimət ruhu, qaynağını nə neft quyularından, nə də poladdan alır. Bu ruh, gücünü Fəratın kənarında susuz qalan, amma haqsızlığa əsla boyun əyməyən İmam Hüseynin (ə) qanı ilə sulanmış o “Tənhalıq Zəfəri”ndən alır. İran xalqının sinəsindəki bu sarsılmaz cəsarət, Əhli-beytin (ə) “Zillət bizdən uzaqdır!” fəryadının 21-ci əsrdəki əks-sədasıdır. Sionizmin və imperializmin canavarlaşmış hücumları qarşısında, onlar üçün hər gün Aşura, hər yer Kərbəladır.

Hafiz Şirazinin dediyi kimi:

“Eşq yolunda başından qorxan kimsə, bizim məclisimizə gəlməsin; çünki bizdə can fəda etmək adi bir işdir.”

Elə buna görə də, dünyanın bütün gücləri birləşib qarşısına çıxsa da, Kərbəla mədəniyyəti ilə yoğrulmuş bir ruhu nə pulla, nə də ölümlə qorxutmaq mümkündür. Bunun bu əsrdə mümkün olduğunu İmam Hüseynin nəslindən gələn və onun şərəfini, cəsarətini və xarizmasını bu günə daşıyan şəxs Vilayətin naibi Seyid Əli Hüseyn Xamenei (r) bütün dünya müstəkbirlərinə və Baal cəhalətinə, imperialist azğın mədəniyyətlərə bütün dünyanın şahidliyi ilə göstərdi.

“Begozar o neteres dar râh-e Həqq, Morg dar in râh, həyat-e abad est.” (Mövlana)

“Get, qorxma! Haqq yolunda ölüm əbədi bir həyatdır”

düsturu ilə hərəkət edən o bənzərsiz iradə; vandal bir mədəniyyətin diktə etdiyi o zülmət qaranlığı, Əhli-beyt (ə) eşqinin nuru ilə dağıtmağa əzm etmişdi və atası İmam Hüseyn (ə) kimi əsla zalimin təhdidlərindən qaçmadı və diktələrinə boyun əymədi. O, ümmətin rəhbəri olaraq etməli olduğu şəkildə, ümmətin ən az imkana sahib fərdi kimi yaşadı və ölümü də xalqının məruz qaldığı şərtlərdən üstün bir təhlükəsizliyi qəbul etməyi zillət sayıb, müharibənin ən qızğın vaxtında döyüşçülərin ən ön sıralarında yer alaraq şəhadət şərbətini içdi.

Beləliklə bu əsrdə insanlığa çarə ola biləcək LİDER profilini elmi ilə, zəkası ilə, təqvası ilə, fədakarlığı ilə və nəhayətində döyüşçülüyü və cəsarəti ilə ortaya qoyaraq insanlığa göstərdi. İnsanlıq yaşadığı bütün təcrübələrlə bunu mənimsəyərək artıq nə Demokratiyanın, nə Sosializmin, nə Kapitalizmin, nə Sionizmin insanlığa rifah və xoşbəxtlik gətirəcək bir ideologiya və idarə sistemi olmadığını, yalnız Vilayətin bu gün etibarilə təmsili olan Vilayəti Fəqih düsturunun bunu təmin edə bildiyini gözləri ilə gördü. Nəticədə demokratların qırğının başını çəkdiyi, liberalların, humanistlərin, azadlıqçıların isə bu qırğının əsaslandırmalarına inanıb susduqları, İslamçı, müsəlman adlanan ölkələrin isə münafiq şəkildə küfr və imperializmin və hətta sionizmin yanında yer almaq üçün onlarla intriqa çevirdiklərini və krallıqlarının, knyazlıqlarının, diktaturalarının varlığını xalqların azadlığından və hüquqların təminindən daha üstün tutacaq bir sürüşkənlik içində olduqlarını bütün dünya gördü. Bütün dünya öz xalqı sığınacağa girə bilmədiyi üçün sığınacağa girməyərək ölümü gözə alan bir LİDER, ölməyi qazanc sayan və döyüş meydanlarında “Heydər-i Kərrar Qeyri Fərra” cəsarəti ilə döyüşən və Kərbəlada İmam Hüseynin (ə) övladları, dostları və tərəfdarları kimi bir-bir şəhid olan KOMANDANLAR, ölkəsinə bir hücum olduqda bütün ixtilaflı mövzuları kənara qoyub tək yumruq, tək səs olub səhər-axşam yağan bombalara baxmayaraq meydanlarda “Allahu əkbər”, “Məhv olsun Amerika, Məhv olsun İsrail” şüarları ilə səslənən və İsrail vətəndaşları xaricə qaçarkən İran xalqı müharibə var deyə vətənə qayıdan bir XALQLAR’a sahib olduqlarını gördü.

Sionizmin Qorxulu Röyası İSLAMİ MÜQAVİMƏT:

Vəhşi bir mədəniyyətin insanlığı mülkiyyətinə keçirməyə çalışdığı bu “Vandalizm Çağında”; İran torpaqlarından yayılan bu müqavimət, imperializmin o kağızdan qüllələrini sarsıdır. Onlar üçün bu mübarizə yalnız bir torpaq savaşı deyil, İnsan-ı Kamil olma yolunda “Zülmə razı olmamaq” borcudur. Tarixin o tozlu rəflərindəki qəhrəmanlıqlar, bu gün Tehranın, Qumun, Şirazın küçələrində insanlıq üçün canlı abidələrə, xüsusilə müsəlman cəmiyyətlər üçün ibrətə çevrildi.

Dünya müsəlman rəhbərləri qorxu ilə başlarını aşağı əyərkən, Əhli-beyt (ə) məktəbindən ilham alan bu müqavimət ruhu; Vilayəti Fəqih sisteminin ilahi, təbii bir nizamın sünnətullahı olduğu həqiqətini “hökm yalnız Allaha məxsusdur” ilahi əmrinin yalnız bu bağ ilə qurulmasının mümkün olduğunu bir daha sübut etdi.

Bu gün etibarilə İslami Müqavimət Vilayəti Fəqihə beyətləri ilə əmr və komanda zəncirinə bağlı olduqları müddətcə müstəmləkəçiyə “dur” deyən, məzluma “can” olan yeganə sipərdir və belə qalmağa davam edəcəkdir. Görürük ki; pulun və lobbilərin gücü, Hüseyni bir duruşun qarşısında əriməyə məhkumdur. Çünki şairin dediyi kimi:

“Zülmün topu var, gülləsi var, qalası varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır.”

Bu ruh olduqca, insanlıq şərəfi əsla tam mənası ilə təslim alınmayacaq və Kərbəlanın sönməyən məşəli, gec-tez bütün işğal edilmiş vətənləri işıqlandıracaqdır.

Qanın Qılınca Qalibiyyəti: 40 Günlük Kərbəla və Böyük Fəth: Ərbəin

Tarix bir daha təkrarlandı; Fironlar “yox edəcəyəm” deyə qışqırarkən, Nil çayı Musanın davamçılarına yol oldu. ABŞ-ın 40 gün davam edən o təkəbbürlü diktələri, təhdidləri və “böyük bir mədəniyyəti yox edəcəyəm” təkəbbürü, eynilə Yezidin sarayındakı müvəqqəti təntənə kimi gün bitmədən söndü. Qarşısında isə ölümü “ilahi bir şərbət” kimi görən, kəfənini çiynində daşıyan və liderinin şəhadəti ilə sarsılmaq əvəzinə daha da poladlaşan bir xalq var idi.

Şiə inancında Ərbəin yalnız bir təqvim səhifəsi deyil, hüznün dastana çevrildiyi, matəmin qiyama çevrildiyi müqəddəs bir mərhələdir. Ayətullah Seyid Əli Xameneinin şəhadəti ilə başlayan o köz alov, düz 40 gün sönmədən yandı. Müqavimət ölkələrinin xalqları, “Görəsən nə vaxt vurulacağıq?” qorxusu ilə evə qapanmaq əvəzinə, eynilə Hz. Zeynəbin (s.ə) Şam yollarındakı vüqarlı duruşu kimi küçələrə çıxdı.

Bu 40 günün sonunda gələn zəfər təsadüf deyil; bu, Ərbəinin mənəvi fəthidir. Tankların, təyyarələrin və raketlərin qarşısında dayanan yeganə güc, Kərbələdən bu günə gələn “Ölüm bizim üçün səadətdir” deyən o sarsılmaz imandır.

Fars ədəbiyyatının, xüsusilə “müqəddəs müdafiə” (İran-İraq müharibəsi) müqavimət ədəbiyyatının o dərin və kədərli dili ilə desək:

“در کمال عزّت و آزادگی، جان می‌دهیم” (Tam bir izzət və azadlıq içində can veririk)

“ما ز جان بگذشته‌ایم تا حق بماند برقرار” (Biz, haqq ayaqda qalsın deyə canımızdan keçmişik)

Xüsusilə ikinci beyt olan “Ma ze can gozdeşte’im tâ Həqq bemaned birqərar”, İranda inqilabdan sonrakı dövrdə və cəbhələrdə əsgərlərin mənəviyyatını yüksəltmək üçün istifadə olunan, şəhadət mədəniyyəti ilə eyniləşmiş çox məşhur bir misradır.

Liderlərinin şəhadətinin 40-cı günündə yas tutan bir millətin eyni zamanda dünyanı dizə gətirən bir iradəyə çevrilməsi yalnız “Hüseyni” bir şüurla izah edilə bilər. Trampın təhdidləri bu xalqın qulağında yalnız boş bir külək uğultusu kimi səsləndi. Çünki onlar bilirdilər ki;

“کربلا در کربلا می‌ماند اگر زینب نبود” (Əgər Zeynəb olmasaydı, Kərbəla Kərbəlada qalardı)

Bu xalqın hər bir fərdi bu 40 gündə bir Zeynəb olmağı seçdi və daha müharibənin əvvəlində şəhid olan liderlərinin mesajını, şəhadətinin şərəfini və davasının haqlılığını dünyaya hayqırdı.

Amerika və İsrail bütün şərtlərindən imtina edib İranın iradəsini qəbul etmək məcburiyyətində qaldıqda, əslində yalnız bir razılaşmaya imza atmadılar; mənəviyyatın maddiyyatı, şəhadət eşqinin isə texnoloji təkəbbürü məğlub etdiyini təsdiqləmiş oldular.

Bu gün keçən qırx gündə, Kərbəlanın o məşhur nidası Tehrandan, Qumdan, Məşhəddən yüksəlir və “Biz bitdi demədən, bu eşq bitməz” deyə qürurla səslənirlər.

Bu zəfər, Rəhbər Xameneinin (r.a) Ərbəinin sönməyən məşəlidir. Qan bir daha qılınca qalib gəlmiş; səbr, mətinlik və iradə təkəbbürün belini qırmışdır. İran xalqına mübarək olsun bu şərəfli müqavimət, bütün müqavimət ölkələrinin xalqlarına və dünya məzlumlarına mübarək olsun bu mübarək Ərbəin!

İndi Nəfsi Zəkiyyənin mübarək bədəninin dəfninə artıq sıra gəlmişdir. Dəfni ilə Ərbəini bir olan əsrin mübarək şəhidinə vida vaxtı…

Vəssəlam…!

Bu Xəbəri Paylaş
Şərh edilməmiş