Azərbaycan Respublikası Xarici İşlər Naziri, ölkəsinin İran’dakı səfirlik və konsulluqlarının fasiləsiz şəkildə fəaliyyət göstərdiyini bildirdi.
Azərbaycan Respublikası Xarici İşlər Naziri Ceyhun Bayramov, İran’dakı son vəziyyətlə bağlı jurnalistlərə verdiyi açıqlamada, Tehrandakı səfirlikləri və Təbrizdəki baş konsulluqlarının, İran’da yaşayan Azərbaycan vətəndaşlarının məsələlərini mütəmadi olaraq izlədiklərini qeyd edərək bunları söylədi: “İran’dakı Azərbaycan vətəndaşları ilə bağlı fəaliyyət bir dəqiqə belə dayanmamışdır.”
Bayramov, vətəndaşların hər hansı bir problem ilə üzləşdikləri halda əlaqə saxlaya bilmələri üçün müvafiq əlaqə nömrələrinin təqdim edildiyini əlavə etdi.
Azərbaycan Xarici İşlər Naziri, hazırda İran’dakı Azərbaycan vətəndaşları ilə bağlı ciddi bir problem olmadığını və Tehrandakı Səfirlik və Təbriz Baş Konsulluğunun tam gücü ilə fəaliyyətinə davam etdiyini vurğuladı.
