“Çelsi”nin hücumçusu yay transfer pəncərəsinin son günündə “Bavariya”ya keçib.
Fabrizio Romano yazır ki, Cekson artıq “Bavariya” ilə razılığa gəlib və o, satınalma şərti ilə icarə əsasında Münhen klubuna qoşulub. Alman nəhəngi bu transfer üçün ilkin olaraq 14,2 milyon avro ödəyib. Müqavilə tam aktivləşərsə, əlavə olaraq 56,2 milyon avro da ödəniləcək.
Dünən mediada bu keçidin ləğv oluna biləcəyi barədə xəbərlər yayılsa da, nəhayət transfer baş tutub.