1/8 finala yekun vuruldu: Üç komanda mərhələ adladı
Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün yekunlaşıb və üç qarşılaşmada növbəti mərhələyə yüksələn komandalar müəyyənləşib.
“Qəbələ” – “Şəfa”: Sanqarenin dubulu qələbəni təmin etdi
“Qəbələ” 1-ci liqanın lideri “Şəfa”nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Oyunda qolların ikisini İbrahim Sanqare vurub. Bu nəticə ilə Kaxaber Sxadadzenin komandası 1/4 finalda “Sabah”la qarşılaşacaq.
“Sumqayıt” – “Difai”: Qonaqlar inamlı qələbə qazandı
“Sumqayıt” səfərdə “Difai”ni 3:1 hesabı ilə məğlub edib. Komandanın qolları Ronald Vaskez (dubl) və Aleksandr Ramalinqom tərəfindən vurulub. “Difai”nin heyətində 84-cü dəqiqədə Roman Hüseynov qırmızı vərəqə alıb. “Sumqayıt” 1/4 final mərhələsində “Zirə”nin rəqibi olacaq.
“Araz-Naxçıvan” – “Kəpəz”: Həlledici qol əlavə vaxtda gəldi
Günün ən gərgin oyunlarından biri “Araz-Naxçıvan” ilə “Kəpəz” arasında baş tutub. Əsas vaxt 0:0 hesabı ilə tamamlanıb. Əlavə vaxtda isə Ohorinin 115-ci dəqiqədə vurduğu qol Gəncə klubunu 1/4 finala yüksəldib. Növbəti mərhələdə “Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək.
Digər nəticələr
2 dekabr
-
“Zirə” – “Neftçi” – 1:0
-
“Şahdağ Qusar” – “Turan Tovuz” – 1:2
3 dekabr
-
“Qarabağ” – “Karvan-Yevlax” – 3:0
-
“Şamaxı” – “Bakı Sportinq” – 1:0
-
“İmişli” – “Sabah” – 1:2
1/4 final cütləri
-
“Turan Tovuz” – “Kəpəz”
-
“Zirə” – “Sumqayıt”
-
“Şamaxı” – “Qarabağ”
-
“Sabah” – “Qəbələ”
