Azərbaycan Kubokunda 1/8 final mərhələsinin tərkibi tamamlandı
Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinə bu gün yekun vurulub. QOL.az-ın məlumatına görə, keçirilən qarşılaşmalardan sonra 1/8 finala yüksələn bütün komandalar müəyyənləşib.
Günün oyunlarının nəticələri
-
“Zaqatala” – “Sumqayıt” 0:3
Qollar: A. Ramalinqom (8), N. Əhmədzadə (34), A. Yankoviç (85) -
“Şimal” – “Şahdağ Qusar” 0:2
Qollar: S. Əliyev (102), S. Ağalarov (119) -
“Xankəndi” – “Difai” 1:2
Qollar: E. Quliyev (45+2) – M. Musazadə (61), B. Qurbanov (71) -
“Qəbələ” – “Mingəçevir” 5:1
Qollar: Domi Massumo (44), Prins Ovusu (50, 54, 63), Nuğay Rəşidov (66) – Cona Attukuaye (57) -
“Səbail” – “Şamaxı” 0:1
Qol: Alfons Msanqa (49) -
“Neftçi” – MOİK 6:2
Qollar: Vensan Abubakar (8, 42), Nihad Qurbanlı (öz qapısına, 26), Ağadadaş Salyanski (61), Murad Məmmədov (70), Sessi Dalmeyda (83) – Elmar Məmmədov (45+1), Elvin Camalov (öz qapısına, 48)
28 oktyabrın nəticələri
-
“Göygöl” – “Bakı Sportinq” 0:2
-
“Karvan-Yevlax” – “Şəki Siti” 3:1
-
“Qaradağ Lökbatan” – “İmişli” 2:3
-
“Cəbrayıl” – “Şəfa” 0:3
-
“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1
-
“Dinamo” – “Turan Tovuz” 0:5
1/8 final mərhələsinin cütləri
-
“Şamaxı” – “Bakı Sportinq”
-
“Qarabağ” – “Karvan-Yevlax”
-
“İmişli” – “Sabah”
-
“Qəbələ” – “Şəfa”
-
“Şahdağ Qusar” – “Turan Tovuz”
-
“Araz-Naxçıvan” – “Kəpəz”
-
“Difai” – “Sumqayıt”
-
“Zirə” – “Neftçi”
Mərhələnin oyunlarının tarixləri yaxın günlərdə AFFA tərəfindən açıqlanacaq. “Neftçi” – “Zirə” və “Qarabağ” – “Karvan-Yevlax” cütləri isə bu raundun ən maraqlı qarşılaşmaları kimi qiymətləndirilir.
