Ayətullah Nuri Həmədanı: İmam Xamenei-yə Yönəlik Hər Cür Hücum Müharibə Hökmündədir

1 Dəq Oxuma Müddəti

İranın böyük təqlid mərcələrindən olan Ayətullah Nuri Həmədanı Tehran vilayətinin cümə imamları ilə keçirdiyi görüşdə mühüm açıqlamalar verib.

Ayətullah Nuri Həmədanı son dövrdə baş verən hadisələrə və xaricdən qaynaqlanan təhdidlərə toxunaraq, ölkədə zorakılıq əməllərinə qarışan qrupların xalqdan olmadığını bildirib. O, ABŞ prezidentinin açıq şəkildə qarışıqlıq yaradan qruplara dəstək verdiyini və son olaraq İslam İnqilabının Rəhbərini təhdid etdiyini vurğulayıb.

ABŞ prezidentinin bu mövqeyini tənqid edən Nuri Həmədanı, sözügedən təhdidlərin ciddiliyinə diqqət çəkərək, İmam Xamenei-nin yalnız siyasi bir şəxsiyyət olmadığını, eyni zamanda bir fəqih və İslam ümmətinin rəhbəri olduğunu ifadə edib.

Nuri Həmədanı bildirib ki, bu mövqeyə görə İmam Xamenei-yə qarşı ediləcək hər cür hücum cəhdi fiqhi baxımdan “müharibə” hökmü çərçivəsində qiymətləndirilir.

Ayətullah Nuri Həmədanı həmçinin bütün din alimlərinə müraciət edərək, rəhbərlik məqamına dəstək verilməsinin vacibliyini vurğulayıb. Bu dəstəyin təkcə siyasi mövqe olmadığını qeyd edən Nuri Həmədanı, bunun eyni zamanda dini və şəri məsuliyyət olduğunu bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş