Sanksiya qətnaməsi mübahisəsi
Cümə günü BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların davam etdirilməsi ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarıldı. Layihə qəbul olunmadı: ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla 9 ölkə əleyhinə, Çin, Rusiya, Pakistan və Əlcəzair isə lehinə səs verdi.
Mövcud “maş” mexanizminə görə, sentyabrın 28-dək fikir ayrılıqları həll olunmasa, BMT-nin sanksiyaları avtomatik bərpa ediləcək. Bu təşəbbüs Avropanın üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya tərəfindən başlanmışdı.
Ayətullah Xameneinin xəbərdarlıqları gerçəkləşdi
İranın ali lideri Ayətullah Seyid Əli Xamenei illərdir Avropaya güvənməyin səhv olduğunu vurğulayırdı. Onun sözlərinə görə, Avropa dövlətləri ABŞ-dan geri qalmır:
“Onlar da ABŞ kimi əhdlərini pozur, fərqli tonda danışsalar da, nəticədə eyni siyasəti yürüdürlər.”
Ayətullah Xamenei dəfələrlə qeyd edib ki, Avropa dövlətləri İranla razılaşmalarda daim bəhanə axtarır və verdikləri sözlərə əməl etmir.
ABŞ-ın çıxışı və Avropanın mövqeyi
2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Trampın nüvə sazişindən (JCPOA) çıxışı ilə bağlı Xamenei Avropaya da xəbərdarlıq etmişdi:
“Mən bu üç Avropa ölkəsinə də inanmıram. Onlar da sabah eyni addımı ata bilərlər. Əgər müqavilə bağlanacaqsa, real və praktik təminatlar alınmalıdır.”
Avropa dövlətləri isə İranı aldatmaq üçün “INSTEX” adlı mexanizmi təklif etdilər. Bu sistem vasitəsilə İranın pulu Avropaya yatırılmalı, Avropa isə özünün uyğun gördüyü malları İrana göndərməli idi. Lakin bu plan demək olar ki, heç vaxt real işləməyib.
Avropanın əhdpozuntuları
Ayətullah Xameneinin sözlərinə görə, Avropa ölkələri BMT qətnamələrinə əməl etməyib, ABŞ-ın təzyiqləri qarşısında geri çəkilib və faktiki olaraq JCPOA-dan çıxıblar. O, Avropanın “öz öhdəliklərinə əməl etməyib, əksinə ABŞ-ın yolunu davam etdirdiyini” vurğulamışdı.
Tarixi təcrübə
İran rəhbəri bu hadisələri “tarixi təcrübə” adlandıraraq, milləti bir daha eyni səhvə düşməməyə çağırıb:
“Onların vədlərinə güvənmək, iki dəfə eyni yerdən sancılmaq deməkdir. Yeganə yol zorakılıq və təzyiq qarşısında müqavimət göstərməkdir.”
Səbəb: İranın inkişafı
Ayətullah Xamenei Avropa və ABŞ-ın düşmənçiliyinin əsas səbəbini də aydın ifadə edib:
“Biz inkişaf yolundayıq, onlar isə bu inkişafın qarşısını almağa çalışır. Amma bacarmayacaqlar. İndiyə qədər uğur qazanmayıblar, bundan sonra da qazana bilməyəcəklər.”