Arakçi: Aİ-nin Mövcud Problemi Keçmiş Siyasətlərin Əks Təsiridir

2 Dəq Oxuma Müddəti

İranın Xarici İşlər Naziri Seyyid Abbas Arakçi Avropa Birliyinin mövcud probleminin keçmişdə yürüdülən siyasətlərin əks təsiri olduğunu bildirib.

İranın Xarici İşlər Naziri Seyyid Abbas Arakçi X sosial media platformasında paylaşım edərək belə yazıb:
“Amerika Birləşmiş Ştatları altı ay əvvəl Avropa Birliyi ilə böyük çətinliklərlə imzalanmış bir razılaşmanı pozduqda, Ursula fon der Leyen qəfil ortaya çıxaraq ‘Siyasətdə də ticarətdə olduğu kimi, razılaşma razılaşmadır’ vurğusunu edir və iki tərəf əl sıxdıqda bunun hüquqi baxımdan bağlayıcı olması gərəkdiyini deyir.”

Arakçi açıqlamasının davamında bildirib:
“Təəssüf ki, Avropa Birliyi üçün mövcud problem məhz ‘əks təsir’ adlandırılan vəziyyətdir. Prezident Trampın ilk prezidentlik dövründə İran nüvə razılaşmasını birtərəfli qaydada ləğv etdiyi zaman Avropa Troykası və Avropa Birliyi güclü bir inamla onu izlədi və hətta bu prosesdə ona kömək etdi. Bu addımı atarkən, bu gün ortaya çıxan nəticələri də nəzərə almalı idilər.”

Arakçi sözlərini belə davam etdirib:
“Bu hadisələrdən çıxarıla biləcək açıq və aydın bir dərs var: ya ‘bütün razılaşmalar, razılaşmadır’, ya da ‘əl sıxmağın heç bir etibarlılığı yoxdur’. Məsələ bu qədər aydındır və ikinci variantın nəticəsi beynəlxalq nizamın çökməsindən başqa bir şey olmayacaqdır.”

Arakçi mesajında əlavə olaraq bu məqama da diqqət çəkib:
“Bunun ən açıq nümunəsi Trampın Qrenlandiyanı nə bahasına olursa-olsun ələ keçirmə təhdididir; bu təhdid beynəlxalq hüquq, hətta ‘hüquqa əsaslanan nizam’ baxımından tamamilə qanunsuz olsa da, Avropa bunu haqq edir.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş